Qeydiyyat
MEDXƏBƏR

ÇAĞIRIŞ

ÇAĞIRIŞ

Qələbə ilə nəticələnən bir müharibəni yaşadıq. Bəli, çətin amma məsuliyyətli bir il geridə qoydu Azərbaycan xalqı. Sevdiklərimizi itirdik öncə xəstəlikdən, sonra müharibədə. Fəqət sınmadı, məğrur dayandı Millətim. Belə olan halda çəkdiyimiz əzablar da, zədəsiz ötüşmədi ömrümüzdən. Bir-birinə dəstək oldu hər kəs. Yumruq kimi birləşib bir oldu. Bütün durumlarda hər kəs bir-birinə dəstək oldu, lakin hər şeyi geridə qoyduq.

Qələbə bizimdir dediyimizdə, evlərinə geri dönən qəhrəman əsgərlərimizin intiharları məni çox düşündürdü… Harada səhv etdik deyə ? Nəticədə bir şeyi anladım, yalnız darda və çətində olanda deyil, hər zaman bir-birimizin qayğısına qalmalı, hər zaman bir-birimizlə maraqlanmalıyıq. Gücümüz çatan qədər dəstək olub çatmadığında bacaranlara müraciət etməliyik. Son zamanlarda dəb halını alan rəqabət psixoloqların arasındada vüsət tapıb, hər kəs sanki diplom yarışına çıxıb. Kimin neçə diplomu, kimin neçə sertifikatı var, amma kimsə praktikasından, bacarığından danışmır. Kimsə sevgi ilə təmənnasiz yardım etmir. Təbii ki, belə olan halda intihar da olacaq, inamsızlıq da.

Mənim bütün psixoloqlardan xahişim budur: gəlin, hər birimiz oz bacarıgımızı sərgiləyək və hərbiçilərimiz və şəhid ailələrinə təmənnasız dəstək olaq. Bunu da dövlətin üzərinə atmayaq, axı biz də bu ölkənin vətəndaşlarıyıq. Sonda məqaləni oxuyan hər kəsdən bir xahişim var. Əgər ətrafınızda psixoloji dəstəyə ehtiyacı olan hərbiçi bacı, qardaşlarımız varsa, tanıdığınız psixoloqlara yönləndirin. Bu mən də ola bilərəm, başqası da....SEVGİLƏRLƏ

Starə Hacıyeva
Psixoloq
Tel:055 56136 08