Qeydiyyat
Müsahibə  

"Algologiya nədir və Algolog hansı xəstəlikləri müalicə edir?-Algoloqdan MÜSAHİBƏ

"Algologiya nədir və Algolog hansı xəstəlikləri müalicə edir?-Algoloqdan MÜSAHİBƏ

"Algologiya nədir və Algolog hansı xəstəlikləri müalicə edir? Həkim-algoloq Müşfiq Sadıqov hər tip xronik ağrıların, çox zaman səbəbi tapılmayan şiddətli ağrıların diaqnozu və müalicəsi haqqında fikirlərini www.medproinfo.com -a bölüşdü.

-Algologiya nədir və hansı xəstəlikləri əhatə edir?

-Alqologiya- ağrılar haqqında elmdir. Bu sahə ağrıların əmələ gəlmə mexanizmını, yaranmasını öyrənir. Ağrılar 2 çür olur ; kəskin və xroniki . 3 aydan artıq davam edən kəskin ağrılar xroniki hala keçir. Alqologiya səbəbi məlum olan və ya səbəbi məlum olmayan xroniki ağrıların müalicəsi ilə məşğul olur:

-Baş ağrıları (oksipital, miqren)
-Üz ağriları ( 3-lü sinirin nevralgiyası)
-Fəqərəarası diskdə yaranan patalogiyalarla (protruziya və yırtıqlar) bağlı olan ağrılar,
-Çiyin və qol ağrıları;
-Bel və ayaq ağrıları;
-Qarın və qasıq ağrıları; Əzələ ağrıları (miofasiyal, fibromialgik)
-Oynaq ağriları
-Onkoloji xəstəliklər zamanı olan xroniki ağrılar
-Kompressiyon neyropatiyalar və ya tunel sindromlar
-Nevropatiyalar ( şəkərli diabetdə);
-Damar tutulmasına bağlı olan ağrılar

-Nə zaman Algologa müraciət olunmalıdır?
-Ağrılar əgər 3 aydan artıq davam edirsə və dərman müalıcəsi nəticə vermirsə, bu zaman xəstələr alqoloqa müraciət etməlidirlər.

-Algologun xəstəliyin müalicəsinə yanaşma prinsipi necədir?
-Alqologiyada xəstəliyin müalıcəsində yanaşma prinsipi fərqlidir.

Müayinə metodları MRT, Rentgen və bəzi müayinə testləridir.Prosedurlar əksər hallarda USM və flüroskopiya altında icra olunur.

Müalıcə patoloji prosesin harada olmasından asılı olaraq tətık nöqtə iynə terapiyası,steroidlə, radiofrekans, PRP( trombositlərllə zəngin plazma) , və kök huceyrə müalicəsi kimi metodlarla aparılır.

-Ölkəmizdə İnsanlar daha çox hansı ağrılardan əziyyət çəkir və müraciət edirlər?
-Ən çox baş ağrısı və bel-oma nahiyəsində olan ağrılarla müraciətlər daha çoxdur.

- Doktor, bildiyimiz kimi xroniki ağrı səbəbi ilə insanların yaşam keyfiyyəti itir. Bu problemləri önləmək üçün insanlara nə tövsiyyə edərdiniz?
- Tövsiyyə edərdim ki,dinamik həyat tərzi keçirsinlər( gimnastika , üzgüçülük), artiq çəkidən azad olsunlar, zərərlı vərdişlərdən əl çəksinlər, 7-8 saatlıq yuxu rejiminə riayət etsinlər.

Medproinfo

DİGƏR MƏQALƏLƏR