2222 Allergiyanı necə müalicə etmək olar? / MEDBLOG / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
Məqalə  

Allergiyanı necə müalicə etmək olar?

Allergiyanı necə müalicə etmək olar?

Allergiya orqanizmin yad cisimə qarşı olan immun reaksiyasıdır. Yad cisimlər allergenlər adlanır. Məsələn, bəzi qidalar, bitkilər və ya heyvanlara qarşı.

Allergiyanın simptomları: qida allergiyaları zamanı şişkinlik, səpki, mövsüm allergiyaları zamanı soyuqdəymə əlamətləri, dərman maddələrinə qarşı allergiya zamanı isə anafilaktik şok.

Dəri allergiyaları - bu ümumi allergiyanın bir simptomudur. Məsələn, yediyimiz qida və ya toxunduğumuz allergen dəridə allergik reaksiya; qaşınma, səpki, şişkinlik və qızartı əmələ gətirə bilər. Dəri allergiyalarına ekzema, kontakt dermatit və s. misal gətirə bilərik. Orqanizm genetik faktordan asılı olaraq allergik reaksiya verə bilər, yəni bəzi allergiyalar valideyndən övladına ötürülür.

Mövsüm allergiyaları - yeni bitki tozcuqlarına qarşı allergiya zamanı yüksək temperatur, gözlərin qızarması və yaşarması, burun axması və öskürək əlamətləri olur.

Allergiyanın müalicəsi

Allergiyanın müalicəsində əsasən antihistaminlər (klaritin, yeni loratadin, dezloratadin, erius, zirtek, setirizin) və kortikosteroidlər istifadə olunur. Antihistamin preparatlar yuxu əmələ gətirən və gətirməyənlər olaraq iki yerə bölünür. Təbii olaraq daha müasir olan yuxu əmələ gətirməyən antihistaminlərin istifadəsi daha məqsədəuyğundur.

Phd. Dr. Aidə Mirzəyeva

DİGƏR MƏQALƏLƏR