Tədqiqat   Epidemiya  

Asiyada ikinci koronavirus dalğası gözlənilir

Asiyada ikinci koronavirus dalğası gözlənilir

Epidemiologlar Asiyada ikinci koronavirus dalğası barədə xəbərdarlıq edirlər


Mövzular: Epidemiya, Ümumdünya, Tədqiqat


Cənubi Koreya, Çin və Sinqapur koronavirus xəstəliyinin ikinci dalğasında xəsarət ala biləcək Asiya ölkələrinin natamam bir siyahısındadır, BBC yazır. Bu yeni virusun meydana çıxdığı Çin çərşənbə günü ölkədə ilk dəfə yeni bir xəstəlik halının olmadığını təsdiqlədi. Bu, epidemiyanın inkişafında mühüm bir göstərici idi.

Lakin sonradan Çinə bir müddət əvvəl qayıdan insanlar arasında 34 yeni xəstəlik halı baş verdiyi barədə xəbərlər gəldi. Sinqapurda da həmçinin 47 yeni halın olduğunu, bunlardan 30-u vətənə qayıdan sinqapurlu olğu bildirildi. Öz növbəsində, cümə axşamı Cənubi Koreyada yeni xəstəik hallarının statistikasında bir  yüksəliş yaşandı. Və böyük güman ki,  bu ziyarətçilərlə bağlı idi.

Çərşənbə günü Yaponiya üç yeni xəstəlik halı olduğunu bildirdi, baxmayaraq ki, hökumət virusun tədricən aradan qaldırılması barədə danışır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vurğulayır: virusun qurbanlarının böyük əksəriyyəti (80%) Avropa və Asiyadadır.

Medproinfo

DİGƏR MƏQALƏLƏR