2222 Axşam İdmanı Arıqladırmı? / MEDBLOG / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
Məqalə  

Axşam İdmanı Arıqladırmı?

Axşam İdmanı Arıqladırmı?

!İnanıram ki, çoxsaylı suallarınıza əsaslanan bu günkü mövzumuz hər biriniz üçün maraqlıdır. Demək olar ki, çoxlarınız günün birinci yarısında məşqlərə üstünlük verirsiniz.

Bəs işləyən xanımlar günün ikinci yarısı məşq edərlərsə sizcə bu faydasız olar? gəlin birlikdə araşdıraq

  • Axşam saatlarında edilən məşqlər gün ərzində yaşadığınız gərginliyi aradan qaldırır. Çünki idman stressi götürür
  • Axşam məşqlərindən sonra rahat-rahat evdə və ya restoranda şam yeməyi yeyə bilərsiniz. Səhər və günorta isə tələsərək qida qəbulunu ötürə bilərsiniz.
  • Təbii ki, axşama doğru maddələr mübadiləsi zəifləyir. Amma məşqlər metabolizmanı surətləndirdiyi üçün,gün ərzində onu yüksək saxlayır.
  • Ürək damar sisteminə artıq güc düşmür və axşam məşqləri yuxusuzluq problemini aradan qaldırır.

Axşam məşqlərinin "mənfi"si-idman zallarının insanla dolu olması və çoxlarının şam yeməyini gecikdirməsidir. Hətta yuxudan bir saat əvvələ də təsadüf edə bilir. Amma hazırda məlum pandemiya ilə bağlı idman zalları qapalı olduğu üçün bu mənfini yox hesab edək.

Bəs nə zaman məşq edək?

Axşam məşqlərinin zərərsiz olduğunu bildiniz. Və bundan öncə "idman etməyə zamanım yoxdur,çünki günün birinci yarısı işdə və ya məşğul oluram"deyirdinizsə, indi artıq işdən sonra da məşq etmənizin faydalı olduğunu araşdırdıq. Tövsiyə edirəm ki,orqanizminizə qulaq asasınız. Orqanizminiz özü sizi yönləndirəcək.Yetər ki,bəhanələr edib sağlam həyat tərzindən imtina etməyin.

Azay Musayeva

DİGƏR MƏQALƏLƏR