Psixologiya   Araşdırma  

Insan nə üçün düşüncələrini tez-tez dəyişir?

Insan nə üçün düşüncələrini tez-tez dəyişir?

Mövzular: Psixologiya, Tədqiqat


Mail.RU News yazır ki, London Universitet Kollejinin əməkdaşları insanların tez-tez düşüncələrini dəyişdiklərini öyrənməyə çalışdılar. Tətqiqatçılar müvafiq araşdırmaya 43 könüllü cəlb etdi.

Könüllülər həyəcanlandırıcı oyunlara dəvət edildi. Onlar təhlükəsiz bir həll yolu seçməli, bunun sayəsində biraz pul qazana biləcəkləri və ya  risk edib, böyük məbləğ qazana biləcəyi və ya heç nə qazana bilməyəcəyi bir seçim etməli idilər. Oyun zamanı alimlər könüllülərin beyin fəaliyyətini, düşüncə tərzlərini izlədilər.

Eyni zamanda, maqnit rezonans görüntüləmələrindən istifadə edən alimlər orta beyinin fəaliyyətini izlədilər. Bu zona maksimum sayda dofamin neyronunu ilə zəngindir. Xatırladaq: dofamin riskli davranış üçün vacib olan bir neyromediatordur.

Məlum oldu ki, iştirakçıların seçimi, düşüncə tərzi daha çox onlara fasilə verilib-verilməmələrindən asılı idi. Yəni beyin hər hansısa bir qərar vermədən əvvəl dincəlmiş olsaydı, onda şəxs riskə daha çox gedirdi.

Medproinfo