Qeydiyyat
Tədqiqat   Epidemiya  

COVİD-19-da yeni ağız dezenfeksiya məhlulu

COVİD-19-da yeni ağız dezenfeksiya məhlulu

Mövzular: Epidemiya, Tədqiqat


The Daily Mail verdiyi məlumatda qeyd olunur ki, Kardiff Universitetinin yeni hesabatına görə, ağız yuyucusu insan hüceyrələrinin COVİD-19 ilə yoluxdurmazdan əvvəl istifadəsi insanları COVID-19 infeksiyasından qoruya bilər. Koronaviruslar "örtüklü viruslar" kateqoriyasına aiddir, yağ (lipid) təbəqəsi ilə örtülmüşdür. Yağlı membran, universal bir hədəf olmaqla, virusların mutasiyası nəticəsində dəyişmir.

Tədqiqatçılar ağız yuyucusunun virusun örtüyünü məhv edə biləcəyini və ağız və boğazda çoxalmasının qarşısını alacağına inanırlar. Bəzi ağız yuyucuları oxşar viruslarda yağlara təsir etmək üçün kifayət qədər birləşmələrə malikdir. Xlorheksidin, hidrogen peroksid və povidon yod da daxil olmaqla infeksiyanın qarşısını almağa qadirdir.

Yağlı membran, immuni sistemindən yayınaraq virusların insan hüceyrələrinə bağlanmasına kömək edir. Membran səthindəki xüsusi zülallar (glikoproteinlər) insan hüceyrələrinin hüceyrə membranındakı reseptora bağlanır və onları yoluxdurur. Bu ağız yuyucu məhlullar yalnız xarici yağ membranını məhv etmir, həm də qlikoproteinlərin insan hüceyrələrindəki reseptorlarla qarşılıqlı təsir etmək qabiliyyətinə təsir göstərir.

Medproinfo

DİGƏR MƏQALƏLƏR