Tədqiqat  

D vitamininə nəzarət nə üçün vacibdir?

D vitamininə nəzarət nə üçün vacibdir?

Mövzular: Tədqiqat


D vitamini çatışmazlığı 60 yaş və ondan yuxarı insanlarda əzələ sisteminin işinə mənfi təsir göstərə bilər. The Indian Times qəzetinin yazdığına görə, yaşlılıqda əzələ fəaliyyətini qorumaq mümkün olubsa, bu müstəqillik, daha yüksək həyat keyfiyyətini təmin edir.

Dublində "Holy Trinity College"-nin  mütəxəssisləri 4000-dən çox yaşlı könüllülərin iştirak etdiyi bir araşdırma apardılar. Alimlər müəyyən etdilər ki, vitamin çatışmazlığı fonunda əzələ zəifliyi, digər insanlarda  normal vitamin səviyyəsi ilə (21.6%-in 40.4%-ə kimi fərq ilə) müqayisədə iki dəfə çox olmuşdur.

Əzələ sisteminin işində  pozuntular isə üç dəfə  daha çox ( 25,2%,-in  7.9% -ə ) aşkar edilmişdir. Araşdırmalar göstərdi ki, D vitamini çatışmazlığının əzələ gücü və fəaliyyətində nə qədədr əhəmiyyətli rol oynayır. Alimlər deyirlər ki, vitamin çatışmazlığının qarşısını almaq həm əzələlərdə, həm də sümüklərdə problemlərin qarşısını alacaq.

Medproinfo