Aktual  

Daşımaq olmaz: AirPods naqilsiz qulaqlıqlar

Daşımaq olmaz: AirPods naqilsiz qulaqlıqlar

Ödənişin sağlamlığın pisləşməsi olduğu əvvəlcədən bilinsə, alınmış məhsuldan tam zövq almaq olarmı? Əgər mövzu ciddi xəstə olmaq riskindən gedirsə zövq haqqında nə düşünmək olar? Sağlam düşüncə tərzi buna yol verməz.

Lakin gündəlik həyatımızda tez-tez belə vəziyyətlərlə rastlaşırıq: zərərlidir, lakin dadlıdır, zərərlidir amma həyata bir dəfə gəlirik,  zərərlidır amma dəbdədir və s. Bütün bu hallar göstərir ki, biz "özümüzü xəstələndirməyə" razıyıq. 

Apple, AirPodların sözün həqiqi mənasında hər yerdə - nəqliyyatda, evdə, işdə, auditoriyada, yataqda, şam yeməyində istifadəsini təşviq edir. Onlarla yaşamaq mega  rahatdır. Hər şey yaxşı olardı, ancaq bir nüans var - birbaşa qulaq kanalına quraşdırılmış iki şüalanan radio ötürücü var. Bu barədə ciddi bir mübahisə artıq gedirdi. AirPodların  təhlükəsiz olduğunu iddia edən müdafiəçiləri qulaqlıqlardan yayılan şüalanma gücünün DNT-yə təsir göstərmək üçün kifayət etməməsinə əsaslanır.

Özünü hətta kiçik radiasiya təsirinə məruz qoyan bir insan hələ də sağlamlığına risk edir: Radiasiya şüa xəstəliyinə, leykoza,  şişlələrə, gen mutasiyalarına səbəb ola bilər. Bu günə qədər şüalanmanın iki növü məlumdur: ionlaşdırıcı (yüksək tezlikli) və Bluetooth texnologiyasına aid olan ionlaşmayan (aşağı tezlikli).

Birincisi, daha güclü təsirə malik olub, hüceyrənin DNT-sini dəyişdirə bilir. Bu cür mutasiyalar xərçəngə səbəb ola bilər. İkinci, ionlaşmayan şüalanma bizi hər yerdə əhatə edir - naqilsiz şəbəkələr, mikrodalğalı sobalar, televiziya, mobil rabitə, günəş və s. İyonlaşdırıcıdan daha zəifdir və hüceyrənin DNT-sini dəyişdirməyə qadir deyil. Ancaq nagilsiz  qulaqlıqlar  qulaq kanalında beyinə mümkün qədər yaxın yerləşdirilir  və uzun müddət, bəzən saatlarla və hətta günlər ərzində nəzarətsiz istifadə edilir. Bu cür təhlükəsizlik qaydalarına etinasızlıq necə izah edilə bilər?

Biz alınan məhsulun yoxlanılıb, keyfiyyətinin təsdiqləndiyinə dair rahat inancla yaşamağa alışmışıq. Əslində bu heç belə deyil. Bəli, həqiqətən çox laboratoriyalar var və  onlar çox yaxşı maliyyələşdirilirlər. Ancaq texnologiyanın inkişaf surəti sınaq aparma imkanlarını qabaqlayır. Məlum olur ki, 30 ilə yaxındır istifadə etdiyimiz texniki nailiyyətlər təhlükəsizlik baxımından öyrənilməyib. Dəqiq statistika yoxdur, klinik şəkil yoxdur. Səbəb çox sürətli dəyişən texnologiyalardadır, çünki bu gün mobil rabitə dünən olduğu kimi deyil. 

Bütün bunlar bizə nəyi öyrədir

Özümüzə və yaxınlarımıza cavabdehlik bu dünyada bir insana aid olan yeganə seçimdir. Təhlil edə bilərik, qərar verə bilərik, amma qərar yolu nə qədər asan olarsa, müqavimət göstərmək və yanlış istiqamətə getməmək bir o qədər çətindir. Vacib odur ki, insanın verdiyi qərar sağlam düşüncəyəli olsun.

Aydındır ki, Apple AirPods qulaqlıqlarını satacaq və onun da ardınca rəqib kompaniyalar öz nagilsiz məhsulları ilə  rəqabət aparacaqlar. Oyunda artıq Samsung-dan Bang & Olufsen-a qədər bir çox istehsalçılar var. Bunların qarşılığında bizə yalnız sağlam düşüncə ilə prosesləri dəyərləndirmək qalır.

Medproinfo