Tədqiqat   Psixologiya  

Demansiya riskini azaltmaq üçün pozitiv baxışlı olmaq lazımdır

Demansiya riskini azaltmaq üçün pozitiv baxışlı olmaq lazımdır
Mövzular: Psixologiya, Tədqiqat

Tokio Tibb Elmləri İnstitutu subut etmişdir ki, 50 yaşında pozitiv düşüncəyə malik olmaq 70 yaşında baş verə biləcək demensiya riskini aşağı salır. Mail.RU News xəbər verir ki, Ancaq şəxsiyyətin krizisiı demensıyanın inkişafı ilə əlaqələndirilir. 1946-cı ildə İngiltərədə doğulmuş 703 qadının məlumatları üzərində təcrübə aparıldı. 52 yaşında qadınlar ruhi vəziyyətləri haqqında danışdılar. 69 yaşında isə qadınların koqniktiv vəziyyətinin qiymətləndirilməsi aparıldı.

Məlum oldu ki, 52 yaşında ümumiyyətlə xoşbəxt və rahat olan qadınlar gələcəkdə idrak statusu testlərini uğurla verdilər. Lakin eyni testlər həyatında çətinlikləri olan qadınlarda uğursuz keçdi. Əldə edilən məlumatlar, bu insanların təhsil səviyyəsini, fiziki fəaliyyətini, məşğulluğunu, ailə vəziyyətini və siqaret çəkməyini nəzərə aldıqda da aktuallığını saxladı.

Mütəxəssislərin fikrincə, 50 yaş həyatda kritik bir dövrdür. Bu dönəmdə beyində dəyişikliklər meydana çıxır ki, bu da sonradan demensiyaya səbəb ola bilər. Pozitiv düşüncə,   nevroloqlarin fikrincə beynin sahələrini zədələyən stress və narahatlığın öhdəsindən gəlməyə kömək edir ki, bu da duyğu, düşüncə və yaddaşı tənzimləyir
Medproinfo