2222 Depressiya və ondan xilas yolları / MEDBLOG / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
Məqalə  

Depressiya və ondan xilas yolları

Depressiya və ondan xilas yolları

Depressiya davamlı kədər hiss edilən əhvali-ruhiyyə pozuntusudur. Depressiyadan əziyyət çəkən insanlarda evdə və işdə öz vəzifələrini yerinə yetirmə qabiliyyəti azalır.

Kədərli hadisələr zamanı qəmgin hiss etməyimiz normaldır. Lakin bunun normadan artıq olması depressiyaya gətirib çıxardır. Buna görə də depressiya və üzüntünü bir-birindən ayıra bilməliyik.

Depressiya əlamətləri:

- Davamlı qəmgin hiss etmək;
- Gündəlik işlərdən zövq almamaq;
- İştahda dəyişiklik (arta və ya azala bilər);
- Yuxuya getməkdə çətinlik;
- Tez oyanma və ya çox yatmaq;
- Həmişə yorğun hiss etmək;
- Nitq və hərəkətlərdə yavaşlama;
- Günahkar hiss etmə;
- Konsentrasiyanın azalması;
- Qərar vermədə çətinlik;
- İntihara meyillilik.

Depressiya diaqnozunun qoyulması üçün bu əlamətlərin ən az 2 həftə davam etməsi lazımdır.

Depressiyaya qadınlarda daha çox rast gəlinir.

Depressiyanın səbəbləri psixolojik bioloji və sosial faktorların biri və ya cəmidir.

Depressiya diaqnozu xəstədən alınan məlumatlar və testlər əsasında qoyulur.

Depressiya dərman preparatları və psixoterapiya ilə müalicə olunur, həmçinin isiq terapiyası və elektrokonvulsiv terapiyadan da istifadə olunur. Alternativ terapiyalara nümunə olaraq meditasiya və akupunkturanı misal gətirə bilərik.

Ailə və ətrafın dəstəyi çox vacibdir.

Depressiyanın müalicəsində əsasən selektiv serotonin reuptake inhibitorları və digər antidepressantlardan istifadə olunur. Məlum səbəblərdən dərman preparatlarının adlarını qeyd etmirəm, bunları yalnız psixoterapevt təyin edə bilər.

 

Phd. Dr. Aidə Mirzəyeva

DİGƏR MƏQALƏLƏR