2222 Dəri rəngini tündləşdirən məhsullar / MEDBLOG / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
Məqalə  

Dəri rəngini tündləşdirən məhsullar

Dəri rəngini tündləşdirən məhsullar

Çimərlik mövsümü olduğu üçün hər kəs qaralmağa tələsir.

  • Qüsursuz qaralmaq üçün necə qidalanaq?
  • Necə qidalanaq ki, günəş şüaları dərimizə gözəl ton versin və qalıcı olsun?


“Xüsusi kosmetik vasitələr var ki, günəşə çıxdıqda yaxşı qaralmaq üçün onlardan istifadə olunur. Lakin, Siz, bununla yanaşı bir sıra məhsulları yeməklə həm dərinizi günəşin zərərli ultrabənövşəyi şüalarından qoruya, həm də qaralaraq gözəl dəri rənginə sahib ola bilərsiniz.
Qaralma zamanı dərinizin rənginin necə olacağı birbaşa melanindən asılıdır. Melanin ifrazını isə - triptofan və tirozan adlanan amin turşuları təmin edir.

Tərkibində triptofan çoxluq təşkil edən məhsullar hansılardır?

  • Bitki yağları
  • Yemiş
  • Cəfəri
  • İspanaq
  • Xurma
  • Banan
  • Qarabaşaq
  • Paxla
  • Kələm
  • Dəniz yosunu
  • Küncüt
  • Yulaf

Triptofan nəinki düzgün qaralmağa, həm də sinir sisteminin güclənməsinə, yuxunun normallaşmasına və ümumilikdə pozitiv birinə çevrilməmizə kömək edir. Çünki qanda serotoninin artmasına səbəb olur.

Azay Musayeva

DİGƏR MƏQALƏLƏR