Araşdırma   Dieta  

Flavonoidlər qısa ömürlülüyün qarşısını alır, tədqiqatçılar deyirlər

Flavonoidlər qısa ömürlülüyün qarşısını alır, tədqiqatçılar deyirlər

 Mövzular: Qidalanma, Tədqiqat


Edith Cowan Universitetinin işçiləri 23 il ərzində 53 mindən çox insanın pəhrizini izləyiblər.  Daily Mail-ə istinadən bildirilir ki, gündə yarım qram flavonoid qəbul edənlərdə xərçəng və ürək xəstəliklərindən ölmə ehtimalının az olduğu məlum olub.

Mütəxəssislər alma, portağal, brokoli, qaragilə yeməyi məsləhət görürlər. Bunlardakı flavonoidlər damar sağlamlığını qorumağa və ürək-damar sisteminin xəstəlikləri və xərçənglə əlaqəli olan iltihabı prosesləri önləməyə kömək edir. Tədqiqat göstərir ki: gündə təxminən 500 milliqram flavanoid qəbul edən insanların ürək-damar ağırlaşmaları səbəbiylə ölüm halları 38%, xərçəng səbəbiylə isə 36% azaldı.

Flavonoidlər siqaret çəkənlərin və sıx alkoqol ilə əlaqəsi olan insanların orqanizmində xüsusilə yaxşı işləyirdi. Lakin gündə 500 milliqramdan artıq flavanoidlərin qəbul olunması heç bir üstünlüklə özünü tətqiqatlar zamanı göstərmədi.

Medproinfo