Qeydiyyat
Araşdırma   Dieta  

Uzun ömürlülüyün sirri açıqlandı

Uzun ömürlülüyün sirri açıqlandı

 Mövzular: Qidalanma, Tədqiqat, Uzun ömürlülük


Edith Cowan Universitetinin işçiləri 23 il ərzində 53 mindən çox insanın pəhrizini izləyiblər.  Daily Mail-ə istinadən bildirilir ki, gündə yarım qram flavonoid qəbul edənlərdə xərçəng və ürək xəstəliklərindən ölmə ehtimalının az olduğu məlum olub. Bu da uzunömürlülüyün faizini artırır.

Mütəxəssislər uzun ömürlü, sağlam həyata sahib olmaq üçün alma, portağal, brokoli, qaragilə yeməyi məsləhət görürlər. Bunlardakı flavonoidlər damar sağlamlığını qorumağa və ürək-damar sisteminin xəstəlikləri və xərçənglə əlaqəli olan iltihabı prosesləri önləməyə kömək edir. Tədqiqat göstərir ki: gündə təxminən 500 milliqram flavanoid qəbul edən insanların ürək-damar ağırlaşmaları səbəbiylə ölüm halları 38%, xərçəng səbəbiylə isə 36% azaldı. Bu da uzunömürlülüyə söz verir.

Flavonoidlər siqaret çəkənlərin və sıx alkoqol ilə əlaqəsi olan insanların orqanizmində xüsusilə yaxşı işləyirdi. Lakin gündə 500 milliqramdan artıq flavanoidlərin qəbul olunması heç bir üstünlüklə özünü tətqiqatlar zamanı göstərmədi.

Medproinfo

DİGƏR MƏQALƏLƏR