İxtira   Texnologiya  

Yeni MRT cihazı onkologiyada daha dəqiq görüntü əldə etməyə imkan verir

Yeni MRT cihazı onkologiyada daha dəqiq görüntü əldə etməyə imkan verir

 

Mövzular: Dünyada, ixtira, texnologiya, bənzərsiz bir hal, Onkologiya


Remedium-a istinadən, yeni  MRT cihazının işini mavi balina ilə çəkisi bərabər olan supermagnit təmin edir. Yeni cihazın Parkinson xəstəliyi də daxil olmaqla, onkologiya və s. kimi müxtəlif xəstəliklərin erkən mərhələdə diaqnoz qoymasına imkan veriləcəyi gözlənilir.

Sistemin əsasındakı super maqnitin ölçüləri - uzunluğu 5 metr və diametri 5 metrdir. Kütləsi 130 tondur (mavi balinanın çəkisi). Maqnitin bu qədər böyük ölçüləri, hazırda mövcud tomoqraflarıdan yüzlərlə qat daha dəqiq görüntü əldə etməyə imkan verir. Beləliklə ağır onkoloji xəstəliklərin erkən diqnostikasında daha dəqiq görüntülər əldə ediləcəyi gözlənilir. Tərtibatçıların fikrincə, yeni  MRT cihazı ilə beynin ilk görüntüləri 2020-ci ilin sonu - 2021-ci ilin əvvəlində əldə ediləcəkdir.

Əhəmiyyətli olan budur ki, bu   MRT cihazı xəstə üçün rahat şəraitdə müayinə aparmağa imkan verir. Hətta iflici olan insanları müayinə etmək üçün uyğundur. Yeni  MRT cihazı "səs-küy" və müdaxilə olmadan ən aydın mənzərəni təqdim edir. Onun köməyi ilə nevroloqlar beynin müxtəlif sahələrinin fəaliyyətini izləyərək "zehni fəaliyyət xəritəsi" qurmağa hazırlaşırlar.

Tədqiqat işlərinə əlavə olaraq, cihazla bütün bədəni onkoloji xəstəliklərin diaqnostikası, toxumaların kimyəvi tərkibini təyin etmək üçün maqnit rezonans spektroskopiyası, damar mənfəzinin qeyri-invaziv angioqrafiyasında istifadə edilə bilər.

Medproinfo