Hamiləlik  

Hamilə qadında skolioz varsa...

Hamilə qadında skolioz varsa...

 

Hamiləliyi planlaşdırdıqda skoliozun dərəcəsini bilmək çox vacibdir.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin açıqladığı məlumatda bildirilir ki, skolioz ilk mərhələlərdə (1-ci və 2-ci) daxili orqanların fəaliyyətinə təsir etmir. Lakin skoliozun 3-cü və xüsusilə də 4-cü mərhələsində onurğanın deformasiyası nəticəsində ürək və ağciyər öz fizioloji yerləşməsini dəyişir ki, bu da onların fəaliyyətinə mənfi təsir edir.

hamiləlik zamanı qadının tənəffüs və ürək-damar sistemi güclü yükləmələrə məruz qalır. Skolioz nəticəsində fəaliyyəti pozulmuş bu sistemlər üçün belə yükləmələr hədsiz dərəcədə ağır ola bilər ki, bu da qadının sağlamlığı və hətta həyatı üçün ciddi təhlükə yarada bilər.

Bu səbəbdən 3-cü və 4-cü dərəcəli skoliozu olan qadın hamiləliyini mütləq planlaşdırmalı və əvvəlcədən ginekoloqun, terapevtin və ortopedin müayinələrindən keçməlidir.

Hamiləlik zamanı bel ağrılarından hətta sağlam qadınlar əziyyət çəkir. Bu, böyümüş uşaqlığın onurğaya olan təzyiqi ilə bağlıdır. Skoliozdan əziyyət çəkən qadınlarda bu ağrılar daha da şiddətli, dözülməz olur. Bu zaman xüsusi bandajların taxılması, qoruyucu rejim kömək edə bilər.

Skoliozun yüngül formalarında təbii doğuş mümkündür, lakin daha ağır formalarında qadına qeysəriyyə kəsiyi təyin oluna bilər.

e-tibb.az

 

Medproinfo