Qeydiyyat
Tədqiqat  

Herpes virusunun birdəfəlik müalicəsi

Herpes virusunun birdəfəlik müalicəsi

Genetiklər, herpes virusunu birdəfəlik müalicə edəcəyinə söz verirlər


Mövzular: Tədqiqat, Genetika


Herpes virusu immunitetdən və dərmanlardan gizlənmə kimi xüsusiyyətə malikdir. O organizimdə "anbarlar"-da stirahət vəziyyətində gizlənərək yaşayır və aktivləşmək üçün vaxtını gözləyir. HİV ilə oxşar vəziyyət mövcutdur. Herpes virusunun müalicəsi yoxdur. Lakin, CRISPR-Cas9 genom tənzimləmə sistemi bunun öhdəsindən gəlməyə imkan verəcək", - "Hi-News.ru" yazır. Bunu Harvard Tibb Məktəbində çalışanlar təsdiqlədi.

İlk dəfə genoma müdaxilə edərək viral  anbarlarını məhv etməyə müvəffəq oldular. Məlum oldu ki, yeni virus nüsxələrinin meydana çıxması zamanı aktiv şəkildə yayılan bir virusun DNT-si  Cas9 fermentinə daha çox məruz qalır. Aktiv şəkildə yayılan viruslarda histonlar adlanan daha az qoruyucu zülal var. Bu da onların zəif nöqtəsidir. Ayrıca şübhəsiz bir üstünlük, sağlam hüceyrələri tam saxlamağa imkan verən virusun DNT-nin ciddi lokalizasiyasıdır.

Alimlərin fikrincə, genom tənzimləmə sistemi virusun müəyyən yerlərdə aktiv çoxalmasını poza bilər. Və bu, virusun həm aktiv, həm də yatmış formaları üçün keçərlidir. 

Medproinfo

DİGƏR MƏQALƏLƏR