2222 Kökəlməyimizin günahkarı: Leptin hormonu / MEDBLOG / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
Məqalə  

Kökəlməyimizin günahkarı: Leptin hormonu

Kökəlməyimizin günahkarı: Leptin hormonu

“Bəsdir ki, yemək yedin, indi piy ehtiyatını sərf etməyin vaxtıdır".

Bu hormonun normal ifrazı stabil çəkini saxlamağa kömək edir, çatışmazlığı isə iştahı artırır və əlavə çəki almağımıza səbəb olur. Leptinin artıq ifraz olunması orqanizmin leptinə qarşı həssaslığını azaldır, iltihab və metobolik pozuntular yaradır.

Yemək qəbuluna reaksiya olaraq piy hücəyrələri leptin ifraz edir, o da qan dövranına qarışıb beyinə gedir. Hipotalamusda reseptorlarla əlaqəyə girib enerji ehtiyatı haqda informasiya verir. Əgər bu yetərlidirsə, orqanizmdə bir sıra peptidlər ifraz olunur ki, bu da iştahı azaldır.

Alimlər hesab edir ki, leptinin çoxluğu hipotalamusun ona həssaslığını azaldır. Şəkər qəbulu zamanı orqanizmdə insulin miqdarı artır və bu da qanda leptinin miqdarını artırır. Sadəcə 3 gün normadan artıq karbohidrat qəbulu “toxluq hormonunun” miqdarını 28% artırır. Buna görə də şəkərdən imtina etmək ən yaxşısıdır. Yağlar da leptinin miqdarına təsir göstərir, lakin karbohidratların təsirindən daha zəifdir.

Aclıq və çəki itirmə leptin miqdarını azaldır. Məntiqlidir, çünki piy qatı nə qədər azdırsa, o qədər də az leptin ifraz olunar. Bəzi təcrübələrdə məlum olub ki, aclıq intervalı leptin miqdarını piy kütləsi itirməmişdən əvvəl də azalda bilir. İdmanla məşğul olmaq və normal yuxu rejimi də leptin miqdarını azaldır.

Ailə Həkimi

Phd. Dr. Aidə Mirzəyeva

DİGƏR MƏQALƏLƏR