Qeydiyyat
Məqalə  

Kökəltməyən Bayram Süfrəsi

Kökəltməyən Bayram Süfrəsi

Yeni ilə artıq iki gün qaldı. Bu gün hər biriniz bayram süfrəsinə hazırlıq edəcəksiniz. Rahat olun, qadağalar olmayacaq.

Post maraqlı olsa, dostlarınızı işarələməyi unutmayın.
Hər biriniz düşünürsünüz ki, yenəmi kefir və qaynamış ət yeyək? Əlbəttə ki, yox. Sadəcə bir neçə qaydalara riayət etsəniz artıq çəki almaya bilərsiniz.
İlk öncə yeməkləri hazırlayarkən qazandan yeməyin. Səhər və günorta yemeyi sağlam qidalanma olmalıdır. Çünki şam yeməyinə ac olmasanız daha az yeyərsiniz.
Su içməyi də unutmayın.Bayram süfrəsinə oturanadək,su normasının 4də 3ü içilməlidir. O zaman
Bayram süfrəsində isə:
Əsas üstünlüyü ət, balıq, toyuq, tərəvəz, göbələyə verin. Ət yeməklərini yağlı olmaması üçün sobada bişirsəniz daha məsləhətli olar. Süfrəyə oturarkən ilk onlardan başlayın, sonra ənənəvi paytaxt salatından 2-3qaşıq ancaq yeyə biləcəksiniz. Asta-asta yeyin, bütün gecə hələ qabaqdadır. Qidaları çörəksiz yesəniz daha yaxşı olar.
Çalışın salatlarınızda mayonezdən istifadə etməyin.Göz görməsə könül istəməz. Mayonezi qatıq və ya az faizli xama ilə əvəz edə bilərsiniz
Boşqabınıza yeməyi az miqdarda çəkin və əlavə yeməyin!
Meyvə şirələri və spirtli içkilərlə ehtiyatlı olun. Onlarda bol yüngül karbohidrat var. Meyvə şirələri içməklə-yarım stəkan şəkər yemiş olarsınız. Şəkərsiz mors və suya önəm verin.
Spirtli içkilərdən şampan şərabının Brute növündən və kəmşirin çaxırdan istifadə edə bilərsiniz. Bir bokal ilə kifayətlənin. Spirtli içki iştahı artırır.
Desert istəsəniz, yulaf unundan hazırlanmış kəsmikli və meyvəli zapekanka yeyə bilərsiniz.
Bundan əlavə yeni il gecəsi oynayın, şənlənin, çox hərəkətdə olun. Bu zaman artıq piylər qarnınıza və qarınətrafına yığılmaz.

Azay Musayeva

DİGƏR MƏQALƏLƏR