Qeydiyyat
Xəbər  

MEDVOYAGE-dan VEBİNAR xidməti

MEDVOYAGE-dan VEBİNAR xidməti

Bu gün kompüter texnologiyası və İnternet insan fəaliyyətinin bütün sahələrində istifadə olunur. MEDVOYAGE sizə tamamilə yeni bir VEBİNAR texnologiyasından istifadə etmək imkanı verir. Onlayn konfranslar, təlimlər, seminarlar və bu tip digər tədbirləri təşkilini bizə etibar edin. Biz insanların təcrübələr və fikirlərini bölüşməyə, bilikləri asanlıqla ötürməyə və iş proseslərini növbəti səviyyəyə qaldırmağa kömək edəcək yeni onlayn ünsiyyət standartları yaradırıq. Bizim komanda cavan, aktiv, gələcək üçün böyük ambisiya və məqsədi olan professionallardan ibarətdir.
Bizi birləşdirən ortaq məqsəd var- YENİLİKLƏR YARATMAQ. Çəkinmədən heç kimin etmədiyi işi götürməkdir. Biz bu gün gələcəkdə istifadə ediləcək rabitə standartlarını hazırlayırıq.

Vebinar nədir?

Vebinar real vaxt rejimində İnternet vasitəsilə keçirilən onlayn görüş və ya təqdimatdır. Yəni, məruzəçiləri izləyiciləri ilə bağlayan onlayn vasitədir.

Vebinarın özəlliyi nədədir?

Vebinarlar bütün sahələrdə uğurla istifadə edilə bilər.
Vebinarların əsas xüsusiyyəti interaktivlikdir. Vebinarlar real vaxtda müzakirə etmək, məlumat ötürmək, dinləyicilərin suallarını cavablandırmaq imkanı verir. Maarifləndirmək ilə yanaşı vebinarlar satış və digər marketinq məqsədləri üçün istifadə olunur.
Bu heyrətamiz sistem sayəsində konfrans keçirmək üçün zal icarə etmək, çay fasiləsi təşkil etmək və uzun yol qət etmək lazım deyil, bir neçə kliklə konfrans keçirə bilərsiniz. Yerli və xarici həmkarlarınızla təcrübələrinizi bölüşə, diskussiya apara bilərsiniz.
İstədiyiniz mövzuda geniş və məqsədli aiditoriyaya çıxa bilərsiniz.
Bundan əlavə, vebinar sizə uzaqdan əməkdaşlıq etmək üçün unikal bir fürsət təqdim edir. İndi uzun məsafəni qət etmədən həm yerli, həm də xarici şirkətlərlə əlaqə qura bilərsiniz.
Vebinar sistemindən istifadə edərək işinizin efektivliyini dəfələrlə artıracaqsınız. Vebinarlarla vaxtınıza və pulunuza qənaət edəcəksiniz.
Bu günün daim dəyişən dünyasında yeniliklərə ayaqlaşın.

Medvoyage

DİGƏR MƏQALƏLƏR