2222 NARAHATLIĞA NECƏ SON QOYAQ VƏ YAŞAMAĞA BAŞLAYAQ. / MEDBLOG / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
Məqalə  

NARAHATLIĞA NECƏ SON QOYAQ VƏ YAŞAMAĞA BAŞLAYAQ.

NARAHATLIĞA NECƏ SON QOYAQ VƏ YAŞAMAĞA BAŞLAYAQ.

Xoş gördük əziz oxucular.Söz verdiyim kimi Narahatlığa son qoymaq üçün yazdığım məqalənin davamını sizlərə təqdim edirəm.Ümüd edirəm ki məqalə sizlərin marağına və diqqətinizi çəkib maariflənmənizə səbəb olacaq.

Deyl Karnegi dekan Hoksdan özünü tam narahatlıqdan azad edib –etmədiyini soruşarkən o, Karneginə narahatlıqdan tam azad olduğunu söyləmişdir.O deyir:Mən gördüm ki əgər insan obyektiv olaraq fakt yığımı ilə məşğul olarsa narahatlıq hissi məşğulluq içərisində adətən yox olur.
Icazə verin bunu təkrar edim:”ƏGƏR İNSAN OBYEKTİV OLARAQ FAKT YIGINI İLƏ MƏŞĞUL OLARSA NARAHATLIQ HİSSİ MƏŞĞULLUQ İÇƏRİSİNDƏ ADƏTƏN YOX OLUR.”

Lakin bir çoxlarımız nə edirik? Faktlarla tanış olmağa səy göstəririkmi? Edison tam ciddiliklə “İnsan düşünmək zərurətindən qaçmaq üçün hər bir hiyləyə hazırdır.”deyərkən doğru fikirləşirmiş.Əgər faktları toplasaq belə biz məlum olanları əldə edirik, digərlərinə mənfi münasibət bəsləyirik. Bizə hərəkətlərimizə haqq qazandıran reallıq deyil arzularımıza uyğun gələn faktlar lazımdır! Ander Morua deyirdi:”Bizim üçün şəxsi arzularımıza uygun gələnlər həqiqətdir. Bizimlə ziddiyət təşkil eden isə kin kidurətimizə səbəb olur”.Bu sözlərdən sonra ,problemin həllini tapmağımızın çətin olduğu təəcüb doğurmurmu? Əgər iki üstə gəl ikinin beş olduğunu desək ,ikinci sinif məsələsini həll etmək həmin qədər çətin olmayacaqmı? Dünyada iki üstəgəl ikinin beş olduğunu deyərək ,həm öz, həm də ,digərlərinin həyatını cəhənnəmə çevirən ,bir çox insanlar var .

Bəs nə etmək lazımdır?
Biz emosiyalarımızı düçüncə prosesindən ayırıb, dekan Hoksun dediyi kimi,faktları “Qərəzsiz və Obyektiv” olaraq toplamalıyıq .Əgər insan narahatdırsa ,bunu etmək çətindir. Biz narahat olanda , emosiyalarımız bizi üstələyir.Faktları obyektiv və dəqiq qiymətləndirməyə ,ətrafdan problemlərə nəzər salmağa imkan verən iki üsul var.

1. Faktiki material toplayarkən ,bunu özüm üçün deyil, başqa bir şəxs üçün etdiyimi təsəvvür edirəm. Bu ,ehtiraslarımı kənarlaşdırmağa və obyektiv olmağa imkan verir.Bu, emosiya prosesinin mədaxilinin qarşısını alir.

2. Məni narahat eden problem haqqinda material toplayarkən, bəzən özümü ,mənə qarşı çıxış edecək,vəkil kimi təsəvvür edirəm. Başqa sözlə ,mən özümə qarşı olan faktları yığmağa çalışıram: mənim arzularıma cavab verməyən və mənə xoş olmayan faktları.
Sonra, hər iki tərəfin bu “iş” barədə materiallarını yazıram və bir qayda olaraq ,həqiqətən bu iki mövqeyin ortasında olur.

İş burasındadır ki,nə mən,nə sən, nə başqası həttə ən əlçatmaz alimlər belə,məhkəmələr,həkimlər problemin həlli üçün lazım olan doğru materialı toplamasalar ,problemin həlli yolunu tapa bilməzlər.Tomas Edison bunu bilirdi .Ömrünün axırında özünü narahat edən problemləri qeyd etdiyi 2500 (iki min beş yüz )qeyd kitabçası var idi.
Ona görədə gəlin problemlərimiz barədə materiallar toplayıb onu həll etməyə çalışaq.Nəinki,yalnış düşüncələrə meyl edek.
Bu günlükdə bu qədər.Davamını gözləyin.SEVGİLƏRLƏ.

Stare Haciyeva

DİGƏR MƏQALƏLƏR