Qeydiyyat
Məqalə  

Özünlə üzbəüz

Özünlə üzbəüz

Uzun müddət və bəlkə də, heç vaxt bu qədər tək qalmadığımız qədər özümüzlə tək qaldıq. Bəs tapdığımız bu “özümüzü” bəyəndikmi, razı qaldıqmı ?

Bu, səhərlər 2 dəqiqə güzgü önündə özünü görməyə bənzəmir və ya siqaret çəkərkən ağıldan keçən ani fikirlərə. Bu, günlərlə və aylarla boş qalmış, əyləncəsiz, kafe və karaoke, idman zalı olmayan, toy və yıgıncaqsız, iclassız və s. qaçaqaçsız həyat rutinindən qoparılmış, çaşbaş bizik, bəli.
Əslində bu bizi formalaşdıran da, özümüz olmuşuq illərlə, ailə toplum, cəmiyyət, iş və genetik faktorların təsiri ilə təbii ki.
Amma axıb gedən zamanda, həyatən nəbzini tutmağa çalışdığımız bir qovaqovda fərqinə varmadan yaradılan və formalaşan o “BİZİ” indi görməyə şansımız var. Bəzilərimizin vaxtı çoxdur korreksiya etməyə, bəzilərimiz heç düşünmür nəyisə dəyişməyə bəlkə də. Amma və lakin bu yavaş tempdə gedən həyat kəsimində olan özümüz haqqda düşünməyə dəyər. Düşünmək azdır- analiz etməyə, dəyişən dünyaya uygunlaşdırmağa çalışmaq lazımdır.
“İnsanlar dəyişmir” bəlkə də deyəcəksiz, amma yox, insanlar dəyişməsə də, dünya və hadisələrə baxış bucagı dəyişə bilər, empati qurmaq hissi arta bilər, itirilmiş dəyərlər ona hansısa yeni duygular qazandıra bilər. Ona görə hər bir insan mütləq duygu və emosiyaları üzərində düşünməli və hər birini yaşayıb ötürməlidir, basdırılmış heç bir hiss və emosiya izsiz itmir.
Darvin “güclülərin təbii seleksiyada deyil, dəyişimə tab gətirənlərin qalib olacagını” deyirdi, bu söz hələ də aktualdır.
Bİz yeni eraya qədəm basırıq, daha fərqinə vararaq yaşanılan həyatın olduğu, qlobal deyil daha kicik kommuna şəklində yaşamalı olduğumuz, distans əlaqələrlə idarə olunan və təshil alına bilinən, fiziki təmasın az olduğu, təbiətin bizdən daha güclü olduğunu anladığımız və gələcək haqqında düşünmədən indiki zamanda yaşamağı bacardığımız bir dünyadayıq artıq.
Bu bizim reallıqdır, qəbul edib, yaşayıb, vaksinasiya olub və uygunlaşmalıyıq. Bu virus bitsə belə başqa virus olmayacağı nə məlum?
Bir daha bu hala düşməmək üçün nə etməli deyə düşünməli məncə fərd olaraq, ixtisasına uygun olaraq, dövlət olaraq təbii ki.

 

 

Phd. Dr. Aygün Şükürova

DİGƏR MƏQALƏLƏR