Tədqiqat   Dieta  

Sağlam bağırsaq mikroflorası əldə edin

Sağlam bağırsaq mikroflorası əldə edin

Mövzular: Qidalanma, Tədqiqat, sağlam bağırsaq mikroflorası


" King's College London"-da gedən araşdırmaların əsnasında qırmızı şərabın orta miqdarda istifadəsinin bağırsaq mikroflorasını daha müxtəlif hala gətirməyə imkan verdiyini  Xinxua yazır. Elm adamları 916 könüllü əkizə tətbiq edərəl pivə, sirkə, qırmızı şərab, ağ şərab və spirtlərin bağırsaq mikroflorasına yaratdığı təsirini təhlil etdilər.

Qırmızı şərabın orta miqdarda istifadəsi geniş və sağlam bağırsaq mikroflorası ilə əlaqəli olduğu ortaya çıxdı. Bu, içkinin ümumi faydasını qismən izah edir, çünki bildiyiniz kimi müxtəlif bakteriyaların varlığı daha möhkəm sağlamlıq və sağlam bağırsaq mikroflorası ilə əlaqələndirilir. Görünür ki, bunun səbəbi qırmızı şərabda olan polifenolların yüksək konsentrasiyası ilə əlaqədardır.

Bunlar üzümdə olan təbii birləşmələrdir. Faydalı bakteriyalar üçün yanacaq kimi çıxış edirlər. Yeri gəlmişkən, elm adamları şərabın piylənmə dərəcəsinin və xolesterol göstəricilərinin azalması ilə əlaqəli olduğunu da müəyyən etdilər. Müsbət təsir hiss etmək üçün yəni sağlam bağırsaq mikroflorası üçün elm adamları iki həftədə bir dəfə şərab içməyi məsləhət görürlər.

Medproinfo