Tədqiqat   Psixologiya  

Tədqiqat: Aborta qadağa qadınlara mənfi təsir göstərir

Tədqiqat: Aborta qadağa qadınlara mənfi təsir göstərir

Mövzular: Psixologiya, Tədqiqat


Kaliforniya Universitetinin mütəxəssisləri araşdırıblar ki, 5 il əvvəl abort edən qadının ümumi vəziyyəti, abort etdirmək istəyən, lakin imtina alan qadından daha yaxşıdır,  Mail.RU News yazır. Bunlar 2008-2010-cu illərdə Amerika abort klinikalarına müraciət edən 1000 qadının vəziyyətinin təhlilindən əldə olunan nəticələrdir. Bunlardan 163 qadın, istəklərinə zidd olaraq, doğublar.

Abortdan və ya uşaq doğulandan sonra beş il ərzində elm adamları hər altı ayda bir dəfə qadınların vəziyyətlərini öyrənirdilər. Məsələn, alimlər qadınlarda qarında,beldə və oynaqlarda xroniki ağrılarla, baş ağrısı və ya migren, piylənmə, astma, yüksək qan təzyiqi və diabet xəstəliyinin olması ilə maraqlanırdılar. Son müsahibədə abort etməkdən imtina edənlərin 27% -i, birinci trimestirdə abort edənlərin 20% -i, ikinci trimestrdə abort edənlərin 21% -i sağlamlıq vəziyyətlərini "qənaətbəxş" və ya "zəif" olaraq qiymətləndirdilər.

Arzuolunmayan hamiləlik yaşayan qadınlarda, ilk üç aylıq dövrdə abort edənlərə nisbətən xroniki baş ağrısı və ya miqren riski 29% daha yüksək idi.  Oynaqlarda xroniki ağrıların riski isə ikinci trimestrdə hamiləliyi dayandıranlara nisbətən 45% yüksək idi.

Medproinfo