2222 Təhsilə Zəmanət / MEDBLOG / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
Müsahibə  

Təhsilə Zəmanət

Təhsilə Zəmanət

Bakı Masaj Məktəbinin təsisçisi həkim fizioterapevt-reabilitoloq, refleksoterapevt Dr. Aynur Əhmədova Medproinfo.com-a müsahibə Bakı Masaj Məktəbi və oradakı kurs və təlimlərdən ətraflı söhbət açdı.

Əvvəlcə Bakı Masaj Məktəbi haqıında məlumat verim. Bakı masaj məktəbi 2020-ci il fevral ayında yaradıldı. Məktəbin təsisçisi mənəm. Bu məktəbi yaratmaqda məqsədim , peşəkar, savadlı mütəxəssislər yetişdirməkdir. Əvvəlcə qeyd edim ki, mən ixtisasca həkim fizioterapevt — reabilitoloq, refleksoterapevtəm. 2014-cü ildən masaj tədrisi ilə məşğulam. Masaj təhsilimi ilk olaraq Bakıda 2012-ci ildə sonra isə rusiyada almışam. Rusiyada təhsil almaq məni bu sahə üzrə çox inkişaf etdirdi. Orada olduğum müddətdə masaj üzrə tədris və mütəxəssislərin bacarığı, savadı məni valeh edirdi. « Bakıya qayıdım mən də eynən belə bir sistem quracam» deyə düşünürdüm və bunu etdim. Ətrafımızda çoxlu sayda masaj kursları mövcuddur. Bu kursların təxmini deyəcəm 90% i qeyri — ixtisas və qeyri — peşəkar insanlar tərəfindən keçirilir. Yəni 2-3 ay kurs keçib diplom alırlar və artıq özlərini mütəxəssis hesab edərək dərs verməyə başlayırlar. Hal — hazırda masaj üzrə təhsil sistemi Azərbaycanda çox acınacaqlı vəziyyətdədir deyərdim. Qürurla deyə bilərəm ki , kimin yolu Bakı Masaj Məktəbinə düşübsə demək ki , çox şanslıdır. Niyə ? Çünki, Bakı Masaj Məktəbi keyfiyyətli təhsilə zəmanət verir, tələbələrin daim inkişafı üçün mütəmadi olaraq seminarlar , master klasslar təşkil edilir, dərslər nəzəri və praktik şəkildə tələbələrin tam mənimsəyə biləcəyi formatda keçilir. Yaxın günlərdə növbəti seminarımız « Nevroloji xəstəliklər və neyroreabilitasiya » mövzusunda olacaq . Masajçı olmaq sadəcə olaraq bədən səthində hansısa bir əzmə, sığallama və s. elementləri icra etmək deyil, masajçının pasiyentə qoyulmuş diaqnoz haqqında bilikləri olmalıdır, təyin olunmuş masaj növünü sərbəst şəkildə icra etməli və ya özü sərbəst şəkildə pasiyentə hansı növ masaj, hansı dozada, nə qədər müddətə və.s . tətbiq olunmalı olduğunu bilməlidir, vizual diaqnostika bacarığı olmalıdır . Baxın burda nə qədər alqoritm sadaladım. Sizcə bunları qeyri — həkim, qeyri — tibb təhsilli, bu sahə üzrə çox az iş praktikası olan bir şəxs gələcəyin masaj üzrə mütəxəssisini yetişdirə bilərmi ? Suala elə özüm də cavab verəcəm : əlbəttə yox !.
Bakı masaj məktəbində tək masaj kursu deyil 10 dan çox kurs var bizi @baki.masaj.mektebi instagram səhifəmizdən izləyə bilərsiniz.

Dr. Aynur Əhmədova

DİGƏR MƏQALƏLƏR