2222 Tükənmişlik sindromu / MEDBLOG / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
Məqalə  

Tükənmişlik sindromu

Tükənmişlik sindromu

İnsan təbiəti nə qədər mürəkkəb görünsə də, bir o qədər bəsit və anlaşılır, həm də, diqqət edilərsə, heç də cətinləşdiriləcək deyil. Bizim yaşamaq məqsədimiz hansısa bir qoyduğumuz hədəfə çatmaq olmamalı, bu deyil, sadəcə informasiya axınına və burulğanına tab gətirib bizə lazım olanını seçib, düzgün yararlanıb nəticə çıxarmaqdır. Bəzən düz, bəzən səhv, üzülərək bəlkə də, tükənərək ola bilsin kimləri və nələrisə qazanaraq və ya qurban verərək, amma yenə də, davam edərək öz yoluna.

Bu yolda yorulmamaq, daim enerji tapmaq, o enerji mənbiyinin daxildə olmasını bilmək, lakin vaxtaşırı doldurulmağa ehtiyac duyduğunu hiss etmək bəlkə də, bizim ən birinci anlamalı oldugumuz vəzifəmizdir. Çünki yüksək energetik hal bizim pozitiv olmağımız, bu isə həm gündəlik həyatımızda, həm də işlərimizdə daha yaradıcı daha uğurlu və daha da, yaşamdan zövq alan birinə çevirəcək. İnsan dünyaya hansı enerjini ötürürsə, o enerjini də geri alır, bu yazını yazarkən belə, açıq havada uşaq sevincli səs-küyü və ətrafımda uçan kəpənəyin aurasında yazıram.

Yaşadığmız dövr nə qədər skeptisizm və pessimizm ilə bizi sınaga çəksə də, itirilməyə ümid və arzularımız az qalsa da, həyat davam edir.
Bəlkə daha başqa formada, daha başqa formatda bizim alışmadığımız, hələ qəbul etmədiyimiz bir biçimdə, amma edir və biz buna uygunlaşıb yaşamalıyıq, ki yaşayırıq, daha güclülər daha dayananıqlılar və adaptasiyaya davamlılar olaraq.

İnsanın ən güclü və öhdəsindən gələ bilmədiyini düşündüyü onun fikirləridir. Əslində seçim əlimizdədir biz hansı biri olmaq istəyirik, ola bilirik, oluruq və ya olmaq yolunda nələri edirik. İnsan özünə fokuslanınca öz inkişafı və düşüncələrinə başqa əlavə və ona pis təsir edəcək enerjilərdən də uzaq olur . Ən azından buna vaxtı çatmır həm də diqqət mərkəzi özü olur. Bu eqoizmlə qarışdırılsa da, əsla belə deyil, özünü sevmək və qayğısına qalmaq eqoizmdən,eqosentrizmdən uzaq hissdır və olmalı olandır. Balanslı şəkildə özünə ayrılmış produktiv vaxt və ya özü ilə sakitlikdə keçirilmiş zaman insanın özünə etdiyi ən böyük hədiyyədir. Odur ki, özünüzü sevin və fikirlərinizi formalaşdırarkən özünüzü də, formalaşdırdığınızı unutmayın.

Marqaret Teccer deyirdi ki, "Öz fikirlərinizə diqqət edin, çünki onlar sözlərə çevrilir, sözlər addımlarınıza, addımlarınız isə sizin vərdişlərinizə, onlar isə sizin xarakterinizi formalaşdırır." Xarakterinizi sakitləşdirin, çünki o sizin taleyiniz olur, yəni Biz düşündüyümüz oluruq.

 

Phd. Dr. Aygün Şükürova

DİGƏR MƏQALƏLƏR