Tədqiqat   Dieta  

Vegeterianlarda B12 vitamin defisitliyi qaçılmazdır

Vegeterianlarda B12 vitamin defisitliyi qaçılmazdır

Mövzular: Qidalanma, Tədqiqat


Çoxları B12 vitamini çatışmazlığının sadəcə bir mif olduğuna inanır. Ancaq həkimlər deyirlər ki, bu, vegeterianlığın populyarlığı fonunda getdikcə daha real problem olaraq aktual hala gəlməkdədir. BBC-nin məlumatına görə, hər bir insan gündə təqribən 1,5 mikrogram B12 vitamini qəbul etməlidir.

B12 vitamini ət, balıq, yumurta, süd məhsullarında olur. Bu vitaminin çatışmazlığı ilə sinir zədələnməsi inkişaf edə bilər. Lakin simptomların üzə çıxması 3-4 il çəkə bilər. Bir qayda olaraq, B12 çatışmazlığı zamanı əl və ayaqlarda iynəbatma kimi əlamətlər özünü göstərməyə başlayır. Əgər süd verən anada B12 çatışmazlığı varsa, onda onun körpəsində neyropatiya inkişaf edə bilər.

Çoxsaylı araşdırmalara görə, vegeterianlarda piylənmə, 2-ci tip diabet və ya ürək xəstəliyinə tutulma ehtimalı azdır. Lakin onlarda, sümük sınığı və hemorragik insult riski yüksəkdir.

Medproinfo