2222 Vitamin E və Yağlı Həqiqətlər / MEDBLOG / Professional Tibbi Informasiya Portalı
Qeydiyyat
Məqalə  

Vitamin E və Yağlı Həqiqətlər

Vitamin E və Yağlı Həqiqətlər

E vitamini ürək-damar sistemini qoruyan, xərçəng riskini azaldan, antioksidant təsiri olan preparatdır. Tokoferol yunan dilində nəsil artıran deməkdir. Yaşlanmanı gecikdirən bu vitamin dəri və saç sağlamlığını qoruyur, immuniteti gücləndirir. E vitamini hüceyrələrimizi sərbəst radikalların zərərli təsirindən qoruyur, bilinən ən güclü antioksidantlardan biri olduğu üçün əskikliyi orqanizmdə çox böyük təsirə malik olur.

Bəzi təcrübülərdə Alzheymer xəstəliyinin müalicəsində kömək etdiyi də bilinir.
Bir çox qida maddələrinin tərkibində E vitamini vardır:
Badam, tum, qoz, fındıq, bitki yağları ( əsasən, zeytun yağı), ispanaq, kahı, kələm, brokoli kimi bitkilər, balıq əti (tuna, qızılbalıq), banan, kivi, manqo, avakado, pomidor, kartof, kərə yağı, taxıllar, qırmızı ət, yumurta.

Qida ilə qəbul olunan E vitamini yağda həll olduğuna görə sağlam və balanslı qidalanmaq lazımdır, yəni yağ miqdarı da optimal olmalıdır. Diyeta saxlamaq, yağ qəbul etməmək heç də sağlam qidalanmaq deyil.

Çatışmazlığın simptomları:
- Əzələ zəifliyi;
- Əzələ kütləsi itkisi;
- Görmə zəifliyi;
- Qavrama problemi;
- İmmunitet zəifləməsi;
- Həzm problemleri;
- Koordinasiya və yerimədə çətinlik;
- Quru dəri;
- Zəif və tökülən saçlar;
- Ətrafların keyiməsi;
- Əlin üst hissəsinin piqmentlənməsi/

Çatışmazlığı zamanı yaranan xəstəliklər:
- Ateroskleroz;
- Sinir sistemi xəstəlikləri;
- Qaraciyər və böyrək xəstəlikləri;
- Sonsuzluq;
- Hemolitik anemiya;
- Ürək-ritm pozuntuları;
- Demensiya;
- Katarakta və korluq.

Qadınlar üçün daxilə qəbulla birlikdə və ya ayrıca dəriyə maska şəklində də tətbiq olunması xeyirlidir.

Phd. Dr. Aidə Mirzəyeva

DİGƏR MƏQALƏLƏR