Müsahibə  

Yaşa bağlı makulyar degenerasiya

Yaşa bağlı makulyar degenerasiya

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə yaşa bağlı makulyar degenerasiya korluq və zəif görməyə səbəb olan göz xəstəlikləri içərisində katarakta və qlaukomadan sonra 3-cü yeri tutur. 1-ci dərəcəli əlillik əmək qabiliyyətli əhalinin 11%-i, ahıl yaşlı insanların 28 %-i təşkil edir.

Risk faktorlari: ürək-damar sistemi xəstəlikləri, ateroskleroz, şəkərli diabet, siqaretçəkmeə, oturaq həyat tərzidir. Xəstəliyin iki klinik formasi var: tədricən proqressivləşən quru forma və tez inkişaf edən bədxassəli yaş forma.
Xəstəliyin diaqnostikasında obyektiv müayinə üsullarından qabaq sadə Amsler testi istifadə edilir.
Testi özünüzdən 30-40 sm məsafədə saxlayın.Yaxına istifadə etdiyiniz eynəyinizi geyinin. Bir gözünüzü bağlayın və digər gözünüzlə kvadratın mərkəzindəki qara noqtəyə baxın:
Test zamanı siz bütün kvadrat və xətləri görməlisiniz. Əgər xətləri düz deyil, əyri və dalğaşəkilli görürsünüzsə və ya xətlər görmə sahəsindən itmişsə, qara nöqtəni mərkəzə deyil, kənarda görürsünuzsə, əlavə müayinəyə ehtiyacınız var. Diaqnoz təsdiq olunarsa, antioksidantlar, lutein və zeaksantin tərkibli vitamin preparatları, yaş formada anti -VEGF faktor (lucentis, avastin) iyneterapiya məsləhət görülür.
Profilaktik məqsədlə arterial təzyiqə, qanda şəkərin və xolesterinin səviyyəsinə nəzarət edin.

Könül Həsənova