Uşaqlar   Texnologiya  

Yüksək texnologiyalı uşaq bezi valideynlərin həyatını dəyişdirməyə söz verir

Yüksək texnologiyalı uşaq bezi valideynlərin həyatını dəyişdirməyə söz verir

Mövzular: Uşaqlar, Tədqiqat, İxtiraçılıq, Texnologiya


Pampers (Procter and Gamble) şirkəti, "Lumi" ağıllı uşaq bezi yaratmaq üçün Google-ın şirkəti olan Verily ilə bir araya gəldi. Onların ixtirası uşağın yuxusunu, qidalanma rejimini və uşaq bezi dəyişdirmə vaxtlarını izləyir, "Daily Mail" yazır.

Sistem iki paket uşaq bezindən, uşaq bezinə əlavə olunan iki təkrar istifadə edilə bilən sensordan və WiFi olan bir monitordan ibarətdir. Uşaq bezinin ön hissəsinə yapışan sensorlar uşaq bezində olan nəmliyi təyin edir ( sidik və ya nəcis) və bu məlumatı mobil tətbiqetmə vasitəsi ilə smartfona avtomatik göndərir. Eyni tətbiqetmə ilə körpələrin yuxu rejimini, qidalanma tezliyini, otaqdakı rütubəti və temperaturu izləyə bilərsiniz.

Tətbiq Android və iOS cihazlarında uyğun gəlir. Bütün toplanmış məlumatlar uşağın vəziyyətinin gündəlik və həftəlik cədvəllərinin qurulması üçün nəzərdə tutulub. Bu məlumatları həkimə vermək mümkündür. Həmçiniin Video monitorda uşağı da izləyə bilərsiniz.

Medproinfo Baku Medical