Əgər körpə qızdırırsa

Əgər körpə qızdırırsa

Hörmətli valideynlər!

Bizim genofondumuz olan uşaqlarımızın bədənini artıq dərəcədə yükləməmək üçün, bu postu Sizlərlə bölüşürəm:

- Uşaqda qızdırma varsa və temperaturu 38 dərəcədən yuxarı qalxmırsa, onda heç bir qızdırmasalıcı dərmanlaara ehtiyac yoxdur.  Amma əgər körpənizin 37-38 dərəcə əhatəsində 3 həftədən çox qeyri sabit temperaturu müşahidə olunursa. həkimə müraciət etməlisiniz.
- Əgər 3 gün ərzində temperatur 38-39 dərəcə arasındadırsa və uşaq aktivdirsə, belə halda qızdırma salıcı dərmanlardan başqa heç bir digər dərman verilməməlidir. Əgər temperatur 3 gündən çox sürərsə və ya temperatur 39 -dan yuxarıdırsa və uşaq passiv, apatikdirsə, onda həkimə  müraciət etməlisiniz.
- Əgər uşaq 3 gündən artıq temperaturu var və öskürürsə, həkimə müraciət edin. 10-14 gün qızdırmasız davam edən kəskin öskürək müalicə tələb etmir.  Öskürək 10-14 gündən çoxdursa, onda həkimə müraciət etməlisiniz.
- 2 yaşınadək olan uşaqlara bəlğəmgətirici və ya öskürək əleyhinə dərmanlar (ambroxol, guaifenesin, bromgeksin və digər bitki mənşəli preparatlar  və s.) verməyin. Bəlğəmi yumuşaltmaq ehtiyacı duyulursa, onda adi  0.9% NaCl  ilə inhalyasiya və ya hamam buxarın daha yaxşıdır.

Tərlan Əyyubov