Loqopedik məşğələlərdə musiqidən istifadə metodları

Loqopedik məşğələlərdə musiqidən istifadə metodları

Bildiyimiz kimi loqopedik məşğələlərin məqsədi nitq qüsurlarının askara çixarılması və nitqin yenidən düzgün şəkildə tərbiyə olunmasından ibarətdir. Nitqi yenidən tərbiyə etmek çox çətin və məsuliyyətli bir işdir. Çünki nitq insanın psixikasının inkişaf səviyyəsinin göstəricisidir. Müxtəlif nitq qüsurları ayırd edilir ki, bu nitq qüsurlarını aradan qaldırmaq üçün müxtəlif metodlardan istifadə olunur.  Belə metodlardan ən səmərəlisi musiqi sədaları altında aparılan loqopedik məşğələlərdir. Bu cür məşğələlər kəkələmə, taxilaliya (sürətli nitq), bradilaliya (aramlı nitq),dizartriya ve diger nitq pozgunluqlarından eziyyet çeken uşaqlarla aparmaq daha meqsedeuyğundur.Bu cür nitq qüsurları ile kompleks şəkildə mübarizə aparmaq daha düzgün metod hesab olunur. Kompleks yanaşma dedikdə, bura daxildir:

1. Tibbi təsir (müxtəlif fizioterapiyalar,sinir sistemini sakitleşdirici dərmanlar ve s.)
2. Psixoterapevtik təsir ( uşağı əmin etmək lazımdır ki, o düzgün danışacaq)
3. Loqopedik təsir

Loqopedik təsir sahəsinə daha çox vaxt ayırmaq lazımdır. Bu sahədə ən səmərəli metodlardan biri loqoritmikadır.Bu metod zamanı ayrı-ayrı tapşırıqlar və didaktik oyunlar musiqinin sədaları altında keçirilir.

Musiqinin insan psixikasına, əhval-ruhiyəsinə təsiri danılmazdır. Musiqinin əsasında temp, ritm, söz və hərəkət durur. Bunların bir-biri ilə vəhdəti isə diqqəti, yaddaşı, hərəkətlərə nəzarəti inkişaf etdirir. Məsələn, diqqəti möhkəmləndirən tapşırıqlar: "heyvanların marşı", "canlı qamma" və s. Bu cür oyunlarda hətta nitqi olmayan uşaqlar da iştirak ede bilərlər. Daha bir misal; uşaqlara mahnının tempine uyğun əl çalmaq tapşırılır və ya əgər hər hansı səsin qoyuluşu da nəzərdə tutulursa, artikulyasiya gimnastikasını da musiqi müşayəti ilə aparmaq olar.
Bele oyunlar və tapşırıqlar ümumi və nitq motorikasını inkişaf etdirir, hərəkətə nəzarəti gücləndirir, ən əsası isə nitqin ritmini, tempini, səsin yüksekliyini ve alçaqlığını bərpa edir. Öz praktikamdan deyə bilərəm ki, loqopedik məşğələlərdə kəkələmə, taxilaliya və bradilaliya kimi ritm pozğunlularını bu metodun köməkliyi ile aradan qaldırmağa çalışıram çox gözel neticeler elde olunur.
Loqoritmika nəinki kəkələmə  və digər ritm pozgunluğu olan nitq qüsurları, həmçinin dizartriya, afaziya, dislaliya və  digər səs pozgunluqlarının korreksiyası zamanı da istifadə oluna bilər. Musiqi estetik zövq yaratmaqla bərabər ən kiçik yaşlı uşağın belə diqqətini, yaddaşını, qavrayışını artırir, düzgün tənəffüsü təmin edir, sinir sistemini sakitləşdirir. Əgər uşağın hərəkət imkanları məhdud deyilsə, bu zaman rəqs hərəkətləri və hər hansı bir musiqi alətində çalmaq bacarığını da inkişaf etdirmək olar.

Fəridə Tagıyeva