Uşaq baxçasının əhəmiyyəti

Uşaq baxçasının əhəmiyyəti

Baxmayaraq ki, uşaq baxçasına gedən uşaqlar tez-tez xəstələnir, psixologiya elmi baxımından, uşaq baxçası xüsusilə də uşaqların hərtərəfli tərbiyəsində müsbət faktor kimi çox mühüm rol oynayır. Ünsiyyət qabiliyyətini, xüsusilə də həmyaşıdlarla, erkən dövrlərdən öyrənmək lazımdır və nə ailə, nə baxıcı, nə nənələr bu nöqteyi nəzərdən baxçanı əvəz edə bilmirlər.
Sizə bildirmək istəyirəm ki, əsas əhəmiyyət kəsb edən uşaqların virus infeksiyaları ilə tez-tez xəstələnməsi yox, onların necə keçirilməsidir. Əgər kəskin respirator virus infeksiyası ağırlaşma ilə müşayiət olunursa, əksər hallarda, uşaq baxçası günahkar deyil. Bu hallarda, uşağın immuniteti, məişət şəraiti, mualicə taktikası vacibdir və pnevmoniya, bronxit yaranması uşağın baxçaya gedib-getməməsindən asılı deyil.

Tərlan Əyyubov