Uşaqlarda pəncə üzərində dabanı yerə qoymayaraq gəzmək

Uşaqlarda pəncə üzərində dabanı yerə qoymayaraq gəzmək

Əziz Valideynlər!
İki yaşadək uşaqlarda pəncə üzərində dabanı yerə qoymayaraq gəzmək tamamilə normal haldır (əgər digər nevroloji əlamətlər görünmürsə), və buna görə də narahat olmağınıza dəyməz.
Bu onunla izah olunur ki, bu yaşadək dövrdə bükücü əzələlərin tonusu (məsələn, baldır əzələsinin) açıcı əzələlərin tonusundan yüksək olur və böyüdükcə bu balans normallaşır və uşaq ayağını tam basaraq yeriyir.

QEYD
Bu əlamət pataloji də ola bilər, məsələn uşaq serebral paralici, əzəələ distoniyası, piramid yolların problemləri zamanı. Ancaq bu zaman pəncə üzərində yeriməkdən başqa digər nevroloji əlamətlər də olacaq və siz bu xəstəliklər barəsində, çox güman ki, hələ uşaq yeriməyə başlayana qədərki müddətdə artıq biləcəksiniz.

NECƏ KÖMƏK ETMƏK OLAR?
Pəncə üzərində gəzən uşaqların gəziş tərzini dəyişdirmək üçün xüsusi ortopedik ayaqqabiya ehtiyac yoxdur. Sadəcə, bir qədər dabanı olan ayaqqabı seçin və əlavə olaraq yastıpəncəliyi də aradan qaldıracaq. Yaxşı olar ayağı tam fiksə edən ayaqqabı seçəsiniz.
Aktiv oyunlarla, hansılar ki, qaşmaq, tullanmaq, gəzmək kimi hərəkətlərlə boldur.
Gündəlik möhkəmləndirici masajlarla.

Tərlan Əyyubov