Vaksinlər barədə

Vaksinlər barədə

İstənilən INAKTIVASIYA OLUNMUŞ VAKSINI (AKDS, polio-inaktiv (İPV), Hepatit A və B, pnevmokok, HiB, inaktivə olunmuş qrip əleyhinə (İİV3, İİV4) və s.) eyni zamanda və ya digər inaktivə olunmuş vaksindən istənilən qədər əvvəl və sonra da vurula bilər.
Kənaraçıxma:
- PCV13 (pnevmokokk) və MenACWY-D (meninqokokk) vaksinləri arasında minimum 4 həftə fasilə olmalıdır;
- PCV13 və PPSV23 (pnevmokokk) vaksinləri arasında 8 həftə fasilə olmalıdır.

Tərkibində CANLI ORQANIZM OLAN VAKSINLƏR (qızılca, parotit, məxmərək, suçiçəyi, canlı zəiflədilmiş qrip əleyhinə (LAİV), sarı qızdırma, polio-canlı (OPV) və s.) eyni zamanda; və ya əgər eyni zamanda edilməyiblərsə minimum 28gün fasilə ilə vurmaq olar.
Kənaraçıxma:
- Canli-polio (OPV) istənilən vaxt, MMR (qızılca, parotit, məxmərək)-dən əvvəl və ya sonra verilə bilər.
CANLI KOMPONENTLI VAKSIN ilə INAKTIVASIYA OLUNMUŞ VAKSIN bir birinə nisbətdə istənilən ardıcıllıqla, heç bir fasilə olmadan, və ya eyni zamanda edilə bilər.

 

Tərlan Əyyubov