Araşdırma   Bəslənmə  

Yaşlı insanlar vitamin K1 səviyyələrinə nəzarət etməli

Yaşlı insanlar vitamin K1 səviyyələrinə nəzarət etməli

Mövzular: Bəslənmə, Araşdırma


Mail.RU News-ın qeyd etdiyi kimi, bu vitamin çatışmazlığı dayaq-hərəkət sisteminə təsir göstərir - yeriş sürəti azalır və osteoartrit riski artır. Nəticədə, bu, əlilliyə səbəb ola bilər. Qandakı vitamin səviyyəsinə görə orqanizmin vəziyyətini müəyyən etmək üçün  elm adamları, təqribən 70-79 yaşlı, 1300 qadın və kişi  üzərində tətqiqat apardılar.

Mütəxəssislər hesab edirlər ki, əgər bir adam 400 metrə qədər məsafəni keçərkən və ya 10 addım pilləkəni qalxarkən çətinlik çəkir və ya əlavə köməkdən istifadə edirsə, bu artıq hərəkət məhdudluğu hesab edilir. Həmçinin il ərzində 2 dəfə  ciddi problemlərdən və ya bu testi yerinə yetirməkdən şikayətlənmə varsa, bu da hərəkət sisteminin narahatlığı kimi hesab olunur.

Müəyyən olunmuşdur ki, insan qanında K1 vitamininin konsentrasiyasının aşağı olması, hərəkət məhdudluğuna səbəb olur. Belə ki, minimum konsentrasiya - qanda 0,5 nanomol/l  vitamin K1 - təxminən 1 nanomol/ l səviyyəsilə müqayisədə hərəkətliliyin məhdudlaşdırma riskini 1,5 dəfə, hərəkət qabiliyyətinin azalması riskini  isə 2 dəfə artırır.

Alimlər xatırladırlar: bu vitamin qida ilə əldə edilə bilər. Vitamin K1 ispanaq, müxtəlif növ kələm, brokoli, yaşıl çay, cəfəri, avokado, kivi, bananın tərkibində zəngindir.

Medproinfo