Sitomegalovirus ürək və qan damarlarının sağlamlığına təhlükə yaradır

Mövzular: Araşdırma


İlk baxışdan, zərərsiz görünən bu vrus,  daşıyıcı olaraq Yer kürəsinin yetkin yaş insanlarınıın beşdə birini (20%) əhatə edir və ürək-damar  xəstəlikləri riskini artıra bilər, The Daily Mail yazır.  Sitomeqalovirus alimlərin diqqətini bioloji mayelərlə ötürülməsi ilə cəlb etdi.

Virus insan qanında immun hüceyrələrin sayını artırır. Bu hüceyrələr damarlarda yığılaraq, ürək tutmaları və işemik ürək  xəstəliklərinə gətirib çıxara bilər. Immun hüceyrələri yaş faktorundan daha çox risk yaradır.

Bədənə bir dəfə düşən bu virus daim orada qalır. Və bədəndə immun yaddaş hüceyrələri meydana gəlir - hansı ki, bu da onlar yenidən infeksiyaya tutulduqda dərhal reaksiya verməyə imkan verir. Bu hüceyrələrin yüksək konsentrasiyası daha əvvəl insultun  yüksək ehtimalı ilə əlaqələndirilmişdir.

İmmün yaddaş hüceyrələri yalnız infeksiyadan sonra deyil, eyni zamanda, yaşla bağlı olaraq yığılır. Elm adamlarının iki yanaşması var: antiviral terapiya və IL-7 molekuluna təsir etmə yolu. İkincisi infeksiyadan sonra immun hüceyrələrin istehsalını başladır.

MedProInfo