Başqalarına güvən insanı uzunömürlü edər

Mövzular: Psixologiya, Araşdırma


Stokholm Universitetindən olan alimlər araşdırıblar ki,  özgə insanlara şübhə ilə yanaşan insanlardan və ya  başqalarına güvənməmək üçün adət olduğu yerlərdə yaşayanlardan fərqli olaraq özgələrinə rahatlıqla etibar edən insanlar daha uzun ömürlü olurlar. Ekspertlər ABŞ-ın 25 mindən çox sakinləri ilə bir araşdırma aparıblar, The Daily Mail-in məlumatına əsasən, başqalarına güvənən insanlar, daha çox ünsiyyətcil və stressə daha az həssas olan insanlardır.

Bu iki amil sağlamlığının qorunması üçün çox vacibdir. Bundan əlavə, insanların yardım almaq üçün cəmiyyətdə qurulmuş əlaqələri onun hər zaman köməyinə gəlir və vəziyyəti asanlaşdırır. Əhəmiyyətli olan, az etibar edən  şəxslərdə erkən ölüm riski etnik və sosial-iqtisadi vəziyyətdən asılı olmayaraq ortaya çıxmışdır. Ümumiyyətlə, insanlara etibar etmə, erkən ölüm riskini 17% azaldır.

Yeri gəlmişkən, etimad dərəcəsi insanın gözü ilə müəyyən edilə bilər. Tədqiqatlar göstərir ki, əgər tərəfdaşlar bir-birinə güvənirlərsə, onların göz bəbkləri "sinxronlaşır". Bu insanlar bir-birinin gözlərinə baxdıqda, göz bəbəkləri genişlənir. Bu, tərəfdaşlar arasında sıx əlaqələr yaratmağa kömək edir.

MedProInfo