FİT görünmək üçün çəkinin yox piy kütləsinin azalması lazımdır

Ətrafımızda əsasən insanlardan belə eşidirik  : “çəkimin azalmağını istəyirəm”.
Əslində çəkinin azalması deyildikdə, bədəndəki piy kütləsinin azalmasını hədəfləmək lazımdır.

Ilk başdan hədəf yalnış qoyulduğuna görə məqsəd yalnız tərəzidə rəqəmlərin azalması olur. Belə şəxslər bədənlərində əzələ və piy miqdarını bilmədikləri üçün pəhrizə və idmana başladıqları zaman artıq səhv etmiş olurlar. Tərəzi üzərinə çıxdıqda 5-10 kq fərq görsələr, hər şeyin daha gözəl olacağını düşünürlər. Hesablanmamış pəhriz və idman nəticəsində çəki itirməyə başlayırlar. Amma çox zaman itirilən ancaq piy olmur. 1 qram əzələ kütləsi itirdikdə təxmini 2.7 qram da su ititirsiniz və çox çəki itirdiyinizi fikirləşirsiniz. Bunu başa düşməyin ən asan yolu güzgüyə baxmaqdır. Əgər çəkinizin azalmağlna baxmayaraq üzünüz, qollarınız arıqlayır və piy toplanan qarın,bel hissəniz incəlmirsə deməli siz piy itirmirsiniz DÜZGÜN arıqlamırsınız.

Su və əzələ kütləsi itirildikdə bu itkilər qısa zaman sonra bərpa olur və çəki artır. Incəlmək üçün hədəf sırf piy itkisi olmalıdır. Düzgün idman və pəhriz proqramı nəticəsində sizin piy kütləniz azalır və əzələ kütləniz artır. Dəriniz və əzələləriniz arasındakı piy azaldığına ğörə bədən quruluşunuz daha incə və fit olur.

Fidan Hamidova