Tədqiqatçılar kilo almağı dayandırmaq üçün bir yol tapdılar

Mövzular:  Təqiqad, Gözəllik və Sağlamlıq


Bədənin piy qatları  "ehtiyat enerjisi" kimi fəaliyyət göstərir. Bu zaman ağ və qəhvəyi yağ olur. Birincisi enerji sərfini saxlayır, ikincisi isə kalori yandırır və istilik enerjisi əldə etməyə kömək edir, "Hi-News" xəbər verir. Kambridj Universitetinin əməkdaşları yağların yandırılması prosesini necə artıracağını öyrənmişlər.

Qəhvəyi yağ hüceyrələri (adipositlər) daha çox mitoxondriyə malikdir. 100 qram qəhvəyi yağın tam aktivləşdirilməsi ilə gündə 3,400 kilokaloriyə qədər yandıra bilərsiniz. Ancaq böyüklərin bədənində çox az qəhvəyi yağ var. Onlar aşağı temperatur şəraitində açılır. Məsələn, ayıların piy qatının böyük faizini qəhvəyi yağ təşkil edir, hansı ki, soyuq qış zamanı onları  qoruyur. 

2012-ci ildə, qəhvəyi yağ aktivləşdirilməsini tənzimləyən BMP8b molekul, təcrid edilmişdir. Bu zülalı istehsal edən genin çıxarılması siçanlarda  qəhvəyi yağın işini dayandırdı. İndi ekspertlər göstərir ki, qanda BMP8b miqdarının artması qəhvəyi yağın istehsalını sürətləndirir. Beləliklə, nəzəri olaraq, BMP8b üzərində təsir piylənmə üzərində bir zəfərə səbəb olacaq.

MedProInfo

DİGƏRLƏRİ