Robotik cərrahiyyə və DNT analizinə daha çox inam bəsləyirlər

Mövzular: Araşdırma, Texnologiya


Robotlar fəal insan həyatına nüfuz edir. Robotik sistemlər olduqca uzun müddətdir ki, cərrahların mürəkkəb əməliyyatlarında onlara kömək edirlər. Gələcək üçün proqnoz belədir: robotlar keysəriyyə əməliyyatında istifadə ediləcək (önümüzdəki beş ildə olduqca realdır) və dəri xərçənginin aradan qaldırılmasında. Bundan başqa, sistem elə  düşünülmüş olacaq ki,  əməliyyat zamanı bir cərrahın olması tələb olunmayacaqdır. Hətta kursantlar əməliyyatları həyata keçirə biləcəklər.

Robotlar ilə yanaşı, insan DNT məlumatlarının istifadəsi yaxın 20 ildə cərrahiyyə və tibbin inkişafında əsas amil olacaqdır. Ən son texnologiya sayəsində həkimlər əməliyyatların invazivliyini azaltmaqla, prosedurların və diaqnostikanın dəqiqliyini əhəmiyyətli dərəcədə artıra biləcəklər. Robotlar ginekoloji əməliyyatlar, bağırsaq, ürək və ağciyər müdaxilələri üçün idealdır.

Doğrudur, bəzi ekspertlər robotların təhlükəsizliyi barədə tam əmin deyil. Onlar  əməliyyat zamanı letal halı nəzərə alırlar. Belə ki, 2015-ci ildə bir adam robotun işi səbəbiylə həyatını itirdi. Onların fikrincə, əməliyyat standart şəkildə həyata keçirilsəydi, xəstə sağ qalardı.

MedProInfo