Qarşıdan gələn bayram günlərində necə qidalanmalı


Əgər qidalanmamıza fikir verməsək bu bayram günlərində  4-5 kiloya qədər çəki artırmaq mümkündür. Ona görə çalışdığımız qədər bayram günlərində qidalanmamıza fikir verməliyik. Bunun üçün aşağıdakı bəzi məqamlara diqqət etsək,  bayram günlərini çəki artımı olmadan keçirə bilərik .

-Bayram günlərində  səhər yeməyi çox yüksək kalorili olmamalıdır.
-Yemək araları azı 3-4 saat olmalıdır.
-Bişirilən ətlər - sobada və ya izqarada bişsə daha sağlam və kalorisi az olar ( yağlı qırmızı ət əvəzinə toyuq və ya balıq seçilə bilər)
 -Salatlar xama və ya mayonez əvəzinə zeytun yağı ilə hazırlana bilər
-Bayram süfrəsində spirtli içkidən də istifadə olunacaqsa, miqdarına diqqət etmek lazımdır ( orta hesabla 1 qram spirtli içki - 7kkal )
-Yeməkdən sonra çay süfrəsində şiirniyyat, çips, qoz ləpəsi və digər çərəzlər mümkün qədər az istifadə edilməlidir
-Qazli sular, kokteyllər əvəzinə ayran, bitki çayları istifadə edilməlidir
- Şirniyyat olaraq südlü şirniyyatlar ve ya meyvə seçilməlidir
-Gün ərzində 8-10 stəkan su içilməlidir
-Ən əsası fiziki aktivlik artırılmalıdır.  Ən azı gündə 1 saat gəzinti sizin sağlamlığınız üçün əvəzedilməsdir.

 

 

Fidan Hamidova