Həkimlər səyirici aritmiyanın gizli inkişafını erkən aşkar etməyə nail oldular

Mövzular: Araşdırma

Birmingham Universitetindəki kardioloqlar, insult riskini artıran səyirici aritmiyanın diaqnozuna kömək edə biləcək iki yeni biomarker təyin etdilər. Statistikaya görə, diaqnoz adətən yalnız  insultdan sonra qoyulur. Aritmiyanın digər əlamətləri - yorğunluq, nəfəs darlığı, başgicəllənmə, sinədə ağrı - digər xəstəliklərlə qarışdırıla bilər. İnsan əgər erkəndən antikoagulantlar qəbul edərsə,  bu insultu önləyə bilər.

"Rossiyskaya Gazeta" nın məlumatına görə, iki il ərzində 700 nəfər aritmiyanın klinik risk faktorlarını - yaş, cins, hipertoniya, ürək çatışmazlığı, ürək tutmaları və ya iskemik ataklar, böyrək funksiyası və Bədən Kütləvi İndeksi  (BKİ) daxil olmaqla, araşdırdılar.

Nəticədə diqqət mərkəzində iki marker qaldı. Birincisi, beyin natriüretik peptid (BNP)idi. İkinci fosfat tənzimləməsindən, fibroblast artım faktoru 23-dən (FGF-23) ibarət olan proteindir.  hər ikisi də səyirici aritmiyanın gizli inkişafını üzə çıxaran əla göstəricilərdir.

 

MedProInfo

DİGƏRLƏRİ