Alimlər adi yuxusuzluğun hansı fəsadlara yol açacağını açıqladı

Mövzular: Psixologiya, Araşdırma

Bir adam yalnız iki saatlıq yuxu itirərsə, onun aqressiya səviyyəsi və oyanıqlıq (qıcıqlanma) səviyyəsi əhəmiyyətli dərəcədə artacaq, The Daily Mail,  xəbər verir. Yeri gəlmişkən, subut olunmuşdur ki,  yuxu çatışmazlığı xoşbəxtlik və entuziazm göstəricilərinin azalması, gərginlik, oyanıqlıq, kədərlə sıx əlaqədardır.

Bu nəticələr onlarla könüllülərin sorğusu əsasında aparılmışdır. 42 könüllü qruplara ayrıldı. Birinci qrup gündəlik yuxu rejimini qorudu (gecə təxminən 7 saatlıq yuxu) . İkinci qrupun isə  gecə yuxu müddəti orta hesabla  4,5 saat oldu.

Təcrübənin fəal mərhələsindən əvvəl və sonra könüllülər xoşagəlməz səsləri dinlədikdən sonra fərqli məhsulları qiymətləndirməli idilər. Bu isə, onlarda qıcıq və qəzəb yaradırdı. Ən çox ifadə edilən mənfi reaksiya ikinci qrupda olan numayəndələrdə (az yatan) müşahidə edildi. Səslərdə azltma kimi dəyişiklik edilsə də, bu onların qəzəb və qıcıqlanma səviyyəsinin heç bir şəkildə azalmadığını göstərdi.

MedProInfo

DİGƏRLƏRİ