Körpələrimiz normada necə yeriməli?

Hörmətli valideyinlər!

Bir çoxlarınız körpəsinin yerişi ilə bağlı narahat olurlar. Lakin, narahat, gərgin və suallara dalmamanız üçün Sizə norma sərhədlərindən  bəhs edəcəm.

1. Uşaqların əksəriyyəti 11-15 aylıq müddətdə özləri sərbəst yeriməyə başlayır.  Lakin inkişaf sürəti uşaqlarda çox dəyişkəndir. Bəziləri 2 yaşında gəzməyə başlayır və bu da  normaldır. Beləliklə, yerimənin gecikmə sindromunun əsas əlaməti  2 yaşında uşağın sərbəst ayaqda durmaması və yerimə cəhdinin olmamasıdır.

2. Demək olar ki, bütün uşaqlar ilk vaxtlarda ayaqlarını aralı məsafədə qoyaraq, özllərini tənzimləyərək gəzirlər.  İlk mərhələdə onların çoxu pəncələrini xaricə doğru çevirirlər, çünki bu mövqe onlarda yeriməyi  öyrənənədək böyük sabitliyi təmin edir.

3. Körpələrin hər biri  həyatlarının ilk iki ilində demək olar ki,  ayaq barmaqlarını içəriyə çevirir. Bu, ayaqların normal bükülməsindən  (dölün ana bətnindəki vəziyyətindən ) irəli gəlir və normal yastıayaqlılıqla bağlıdır. Beləliklə, analar rahat nəfəs ala bilər - çünki,  uşaqların əksəriyyətində üç yaşına qədər ayaqları və pəncələri öz-özünə düzəlir.

Tərlan Əyyubov