Dietik və diabetik məhsulları səhv salmayın

Diabetik məhsullarla dietik məhsulları qarışdırmayın!
Təəssüf ki bir çox insan bu seçimlərdə səhv edir. Mürəbbə və ya şokolad alan zaman kalorisi azaldıldığını zənn edib diabetik məsul alsanız səhv etmiş olacaqsınız.

DİABETİK MƏHSULLAR

-Bu məhsullar hazırlandıqda insanlar çəki itirsin deyə kalorisi azaldılmır
-Şəkər xəstələri üçün hazırlanmış xüsusi məhsullardır
-Məqsəd şəkər xəstələrinin qan şəkərinin ani yüksəlməsinin qarşısını almaqdır
-Şokoladın tərkibində yağ və şəkər
- Burada şəkər əvəzinə qatılan maddə fruktozadır
-Kalorisi normal şəkərlə eynidir.

DİETİK MƏHSULLAR

Əvvəlcə dietik məhsul hansı məhsullara deyilir ona aydınlıq gətirək. Dietik “light” məhsulun kalorisi 25-50 % azaldılmış olmalıdır. Əgər kalorisi 25%-dən az azaldılıbsa, bu məhsullarф dietik məhsul demək olmaz.  Sadəcə kalorisi azaldılmış məhsuldur.

Dietik “light” məhsulun tərkibində nələr azaldılır?   Yağ, zülal, duz, şəkər yoxsa lif?

Məhsuldan məhsula fərqli olur. Dietikdir deyib 1 ədəd “batonçik “ yox 3 ədəd yesəniz aldığınız kalori 3 qat artıq olacaq.”  Dietik məhsullar istifadə edirəm istədiyim qədər yeyə bilərəm” fikri sizi daha da kökəldə bilər.

Fidan Hamidova