Uşaqlarda baş ağrısı

Uşaqlarda baş ağrısının başlıca səbəbləri:

• Yorğunluq, stress.
• Yoluxucu xəstəliklər - baş ağrısı ümumiyyətlə soyuqdəymə zamanı baş verir, ancaq eyni zamanda da qripin, meningitin, ensefalitin, otitin simptomu da ola bilər.
• Yuxarı tənəffüs yollarının xəstəlikləri - sinusit, boğaz ağrısı, burun tənəffüsünün pozulması. Həmçinin, zəif havalandırılan yerlərdə beyndə oksigen aclığına səbəb olur,  bu da yuxululuq və nəticədə - başın ənsə nahiyyəsində ağrıya gətirib çıxarır. 
• Göz əzələlərinin uzun müddətli gərginliyi, səhv seçilmiş gözlüklər də daxil olmaqla, vizual problemlər uşağın alın nahıyyəsində baş ağrısına səbəb olur.
• Yuxu rejiminin pozulması. Həm qısa, həm də həddindən artıq uzun yuxu mənfi təsir göstərir.
• Ürək-damar sistemi və qan patologiyaları.
• Migren - 11 yaşdan yuxarı olan uşaqlarda baş ağrısı səbəbi.
• Düzgün qidalanmamaq.  Xüsusilə səhər saatlarında qaçırılan yeməklər hipoqlikemiyaya səbəb ola bilər. Bu vəziyyətdə uşağın aparıcı simptomları başgicəllənmə və baş ağrısı olacaq. Ağır hallarda huşun itməsi mümkündür.
• Beyində yeni törəmələr (şişlər, kistlər, abseler) alın, ənsə, gicgah nahiyyələrdə xoşagəlməz hisslərin görünüşü ilə xarakterizə olunur. Adətən bu ağrılar səhər görünür.

Buna görə, uşaqlarda baş ağrısının mənşəyini fərqləndirmək üçün həkim-pediatırın hərtərəfli yanaşması tələb olunur.

Tərlan Əyyubov

DİGƏRLƏRİ