Qlaukomanın müalicəsi və diaqnozu


Qlaukoma - Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir.
Qlaukoma müalicəsinin məqsədi göz daxili təzyiqin normallaşdırılması və bərpa olunmayan görmə itkisinin qarşısının alınmasıdır. Müasir Oftalmologiyada bu problemi həll etmək üçün etibarlı yollar var. Ancaq unutmayın ki, xəstənin və həkimin birgə səyləri xəstəliyə qarşı mübarizədə vacibdir!

Müasir diaqnostik müayinələrin hesabına həkim xəstəni hərtərəfli müayinələrdən keçirərək, ən doğru müalicə metodunu tövsiyyə edə bilər.

Konservativ müalicə:

Müalicə proqramı kombinə olunmuş antiqlaukom preparatların ən son nəslinə əsaslanır, hansı ki,  göz daxili təzyiqi azaldır, göz toxumasında mübadilə prosesini normallaşdırır,  qan təchizatını yaxşılaşdırır, 

Müalicədə dərmanların seçilməsində yalnız görmə sisteminin fərdi xüsusiyyətləri nəzərə alınmır, həm də hər bir xəstənin ümumi sağlamlığı nəzərə alınır. Yan təsirləri istisna etmək üçün, mümkün olan bütün hallar nəzərə alınır və xəstənin digər hər hansı bir dərman müalicəsi keçirməsi halında dərmanların uyğunluğu nəzərə alınır.

Cərrahi müalicə:

Bir çox hallarda glaukomanın müalicəsinin ən təsirli üsulu əməliyyatdır. Ən son mikrocerrahi avadanlıqlardan istifadə edərək, müasir texnikaya əsasən həyata keçirilir, qlaukomada dönməz korluqları təhdid edən görmə pozğunluğunun qarşısını almaq mümkün olur.

Açıq bucaqlı qlaukomanın (ABQ) cərrahiyyəsi Nufuzetməyən Dərin Sklerotomiya  (NDS)"   üsuluna əsasən aparılır.

Qapalı bucaqlı  qlaukomada isə həm  ənənəvi cərrahi, həm də lazer əməliyyatları aparılır. Effektiv müalicə metodları lazer iridotomiya, sklerangular rekonstruksiya (SAR), selektiv lazer trabekuloplastiyası və digər müdaxilələr aparılır.  Büllurun ölçüsü gözün ölçüsünə uyğun gəlmirsə, gözdaxili linzanın paralel implantasiyası ilə büllurun çıxarılması üsulu tətbiq edilir. Belə mikrocərrahi müdaxilələrin nəticəsində gözdə olan mayenin təbii dövranı bərpa olunur və bu da görmə itkisinin qarşısını alır.

Ülviyyə Rəcəbli