Azərbaycanda ilk dəfə 3 aylıq körpənin beynində ağır əməliyyat aparan həkim - Op.Dr.Rauf Sadıqov

Neyrocərrahiyə Azərbaycan təbabətində yeni sahə olmasa da ölkəmizdə peşəkar neyrocərrahların sayı barmaqla sayılacaq qədər azdır. Yetərincə ciddi və mürəkkəb baş beyin cərrahiyyəsi əməliyyatlarını icra edən Neyrocərrah Rauf Sadıqov onlardan biridir.

Neyrocərrahiyyə sahəsində bir çox yeniliklər edən və ən ağır əməliyyatları üzərinə götürən Rauf Sadıqov Azərbaycanda ilk dəfə 3 aylıq uşağın beynini əməliyyat edib . 6.5 kiloqram çəkidə olan uşaqda davamlı qıcolmalar və huşun pozulması kimi ağırlaşmalar müşahidə olunub. Körpənin valideynləri bir neçə neyrocərraha müraciət etsələr də heç kim bu qədər kiçik uşağın beynində şişin götürülməsi ilə bağlı əməliyyat aparmaq istəməyib. Ata-ananın son ümid yeri Rauf Sadiqov olub.Maqnit rezonans və kompüter tomoqrafiyası müayinəsi zamanı körpənin beynində böyük ölçülü şiş və hidrosefaliya(beyinə su toplanması) aşkarlanıb.Doktorumuz gözü yaşlı valideynlərin köməyinə çatıb. Xəstə təcili əməliyyat olunub. Əməliyyatdan sonra yeddinci gün körpə tam huşunda, nevroloju defisitsiz evə buraxılıb. Daha sonra keçirilən MRT müayinəsi zamanı qalıq törəmə aşkarlanmayıb.

Bu cür kiçik yaşlı uşaqda baş beyin şişi səbəbindən əməliyyat Azərbaycanda ilk dəfə icra olunub.

Rauf Sadiqov 1999-2005 –ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakultəsini fərqlənmə diplomu ilə bitirib. İnstitutu fərqlənmə ilə bitirdiyinə görə,onu Neyrocərrahiyyə kafedrasında ordinator vəzifəsinə götürüblər. 2005-2007-ci illərdə isə klinik ordinator kimi fəaliyyətini davam etdirib. Həmin vaxtlar Azərbaycanda beyin damarlarında əməliyyat icra olunmurdu. Bunun əsas səbəblərindən biri texniki avadanlıqların çatışmazlığı , digəri isə praktik vərdişlərin olmaması idi. 2008-2009-cu illərdə Rauf Sadiqov Türkiyədə Marmara Universitetinin Beyin Cərrahisi bölümündə (kafedrasında) Baş beyin şişləri və damarlarının mikrocərrahiyyəsi üzrə fellowship kimi çalışıb. 2009-cu ildə vətənə qayıtdıqdan sonra beyin şişləri və damar cərrahiyyəsi ilə məşğul olub.

Eyni zamanda o , bütün əməliyyatların mikroskop və mikrocərrahi texniklərlə icrasına başlayıb. Nəticədə bir çox yeniliklər əldə edib, uğur qazanıb. Hazırda Rauf Sadiqov tərəfindən bir tək beyin damarlarında 450-dən çox əməliyyat həyata keçirilib. Beyin cərrahiyyəsində ən ağır əməliyyatlar dedikdə baş beyin damarlarının anevrizması, arteriya -venoz damar anomalyaları,Beyin qanamaları, kəllə əsasının şişləri, mədəcikdaxili şişlər və hipofiz adinomalar başa düşülür. Bu gün Azərbaycanda bu əməliyyatlar texniki imkan, əməliyyat sayı və əməliyyatdan sonrakı nəticələr baxımından dünyanın qabaqcıl klinkaları ilə məhz Rauf Sadiqov kimi həkimlərin hesabına ayaqlaşa bilir. Pasientlər belə əməliyyatlar üçün daha xarici ölkələrə getmək məcburiyyətində qalmırlar

MedProInfo

DİGƏRLƏRİ