Kəskin qlaukoma tutmaları zamanı ilk yardım

Kəskin qlaukoma tutmalarının müalicəsinin əsas məqsədi göz daxili  təzyiqi azaltmaq, retina və göz sinirin qidalanmasını bərpa etməkçün gözdə qan dövranını normallaşdırmaqdır.

Risk qrupuna  - qlaukomadan əziyyət çəkən insanlar daxildir. Tez-tez stress, hipotermiya, ağır fiziki iş, uzun müddət  başı aşağı əyilmiş vəziyyətdə gərgin iş nəticəsində baş verə bilər. Kəskin qlaukoma tutmalarının simptomları:  göz  ağrısı ilə müşayiət oluna bilən kəskin baş ağrıları,  ürək bulanma, qusma, ürək bölgəsində xoşagəlməz hisslər və bradikardiya, ümumi zəiflik . Bu simptomlar diaqnozu çətinləşdirir, nəticədə xəstəyə  kəskin glaukoma tutması zamanı lazımi təcili yardım tədbirləri göstərilmir. 

Göz daxili təzyiqi azaltmaq üçün tədbirlər tutmaların başlanmasından bir neçə saat sonra qəbul edilməlidir - bu, görmənin geri dönməz hala gəlməsinin qarşısını almağa kömək edəcək!

Ülviyyə Rəcəbli